2022-ci il təvəllüdlü kişi cinsli azyaşlı 13 və 18 iyul 2025-ci il tarixlərində sol qasıq nahiyəsində olan ağrılarla əlaqədar valideynləri tərəfindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Biləsuvar xəstəxanasında 3 yaşlı uşaq ölüb
Cərrah həkim tərəfindən aparılan müayinələr nəticəsində azyaşlıya soltərəfli qasıq yırtığı diaqnozu qoyulub və planlı cərrahi əməliyyat təyin edilib.
21 iyul 2025-ci il tarixində, saat 15:00 radələrində əməliyyata hazırlıq zamanı azyaşlıya anestezioloji preparatlar inyeksiya edildikdən sonra anafilaktik şok müşahidə olunub.
TƏBİB bildirir ki, azyaşlının həyatını xilas etmək üçün bütün zəruri tibbi və reanimasion tədbirlər görülüb, həkimlərin səylərinə baxmayaraq, təəssüf ki, saat 20:20 radələrində azyaşlının ölüm faktı qeydə alınıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.