Azərbaycanda qaraciyər xərçənginin əsas səbəbi olan hepatit B infeksiyasına qarşı peyvənd mövcuddur və uzun illərdir milli immunizasiya təqviminə daxilində tətbiq olunur.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyindən bildirilib.
Qeyd edilib ki, Milli peyvənd təqviminə əsasən Azərbaycanda yeni doğulan uşaqlara doğulduqdan sonrakı ilk 12 saat ərzində birinci doza olmaqla, ümumilikdə üç doza Hepatit B peyvəndi tətbiq olunur.
Günay Şahmar, Bizim.Media