Blogerin əməliyyat otağındakı çəkilişi QALMAQAL yaratdı - NAZİRLİK araşdırmalara BAŞLADI – VİDEO

Bakıda bloger əməliyyat otağında çəkiliş edib. Söhbət "Baylarsoylar" adıyla tanınan bloger Arifə Məmmədovadan gedir. Bloger "Medipoint"adlı klinikada çox rahatlıqla süni mayalanma əməliyyatına girərək, cərrahın işini yaxından izləyib və əməliyyat otağındakı anları sosial şəbəkə hesabında izləyiciləriylə bölüşüb. Onun bu çəkilişi və paylaşımı ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Xüsusilə blogerlə yanaşı əməliyyat otağında çəkiliş edən başqa bir şəxsin də olduğu birmənalı qarşılanmayıb. Çox sayda insan bu addımı qeyri-etik, tibbə yaraşmayan qanunsuz addım kimi qiymətləndirib.

 

Qeyd edək ki, tibbi qaydalara və sanitariya-gigiyena normalarına görə əməliyyat otağına yad şəxsin daxil olması qadağandır. Xüsusilə əməliyyat otağına pasiyentin qohumları və dostları, media nümayəndələri və ya blogerlər, klinikaya aidiyyəti olmayan şəxslər, eləcə də reklam və ya sosial media məqsədilə çəkiliş edənlər daxil ola bilməz.


Səhiyyə Nazirliyinin və Əmək Məcəlləsinin müvafiq normativ sənədlərinə əsasən, xəstənin razılığı olmadan çəkiliş aparmaq, yaxud məlumat yaymaq şəxsi toxunulmazlıq və məxfilik hüquqlarının pozulması sayılır. Bu, inzibati və ya hətta cinayət məsuliyyəti ilə nəticələnə bilər.

Bəs, blogerin bu addımı hüquqi məsuliyyət yaradacaq?

Tibb eksperti, professor Adil Qeybulla saytımıza açıqlamasında sözügedən məsələnin qanun pozuntusu olduğunu qeyd edi:

"Bütün bu hallar qanunda xeyli boşluğun olduğunu göstərir. Bundan da bir çox şəxs sui-istifadə edir.  Kənar şəxsin əməliyyat otağına məcburi texniki yardıma, tibbi avadanlığın xarab olması və s-yə  görə, yaxud bir konsultantın, tibb işçisinin əməliyyata kömək üçün girməsi göstəriş əsasında mümkündür. Qalan bütün hallar qanunvericilikdə nəzərdə tutulmayıb".

"Tibb üçün iyrənc hal..."

Adil Qeybulla vurğulayıb ki, o şəxslərin məqsədləri reklam, korporativ maraqdır:

“Bu isə təbabət üçün iyrənc hadisədir. Biz onlara televiziya kanallarından, sosial şəbəkələrdən şahid oluruq. Bu halların qarşısı alınmalıdır. Təəsüf ki, bununla bağlı heç bir tədbir görülmür".

Bizim.Media məsələylə bağlı Səhiyyə Nazirliyinin tabeliyində olan Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanlayıb.

Qurumdan saytımıza bildirilib ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində yaradılmış işçi qrupu tərəfindən məsələ ciddi araşdırılacaq və müvafiq tədbirlər görüləcək.


Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Messi diskvalifikasiya OLUNA BİLƏR

Messi diskvalifikasiya OLUNA BİLƏR

Göygöldə 18 yaşlı piyadanı MAŞIN VURDU

Göygöldə 18 yaşlı piyadanı MAŞIN VURDU

Ukraynada “Mirage-2000” qırıcısı QƏZAYA UĞRADI - VİDEO

Ukraynada “Mirage-2000” qırıcısı QƏZAYA UĞRADI - VİDEO

İstanbul danışıqlarının 3-cü raundunda Türkiyə nümayəndə heyəti də İŞTİRAK EDƏCƏK

İstanbul danışıqlarının 3-cü raundunda Türkiyə nümayəndə heyəti də İŞTİRAK EDƏCƏK

"Neftçi" növbəti transferini reallaşdırdı - RƏSMİ

"Neftçi" növbəti transferini reallaşdırdı - RƏSMİ

Tural Əhmədov: "Ömrümün 15 ilini Azərbaycan mediasına xidmət etməklə qeyd edirəm"

Tural Əhmədov: "Ömrümün 15 ilini Azərbaycan mediasına xidmət etməklə qeyd edirəm"

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

DİQQƏT: Bu ərazilərdə qaz olmayacaq

DİQQƏT: Bu ərazilərdə qaz olmayacaq

"Barselona" Reşfordu nə vaxt təqdim edəcək?

"Barselona" Reşfordu nə vaxt təqdim edəcək?

Ağdam və Ağdərədə yanan ərazidə mina partlayışı OLDU - Alov kəndlərə yayıldı - VİDEO

Ağdam və Ağdərədə yanan ərazidə mina partlayışı OLDU - Alov kəndlərə yayıldı - VİDEO

Məşhur rok ifaçısı VƏFAT ETDİ

Məşhur rok ifaçısı VƏFAT ETDİ

İşə getmək istəməyənlər üçün klinika AÇILDI

İşə getmək istəməyənlər üçün klinika AÇILDI

Aysunun yeni sevgilisi bu iş adamıdır? - FOTO/VİDEO

Aysunun yeni sevgilisi bu iş adamıdır? - FOTO/VİDEO

Azərbaycanlı futbolçu bu ölkədə klubunu dəyişdi

Azərbaycanlı futbolçu bu ölkədə klubunu dəyişdi

Qusarda vətəndaşların müraciətləri dinlənildi - FOTO

Qusarda vətəndaşların müraciətləri dinlənildi - FOTO

Ağdam və Ağdərədə otlaq və kolluq ərazilərdə YANĞIN BAŞLAYIB - VİDEO

Ağdam və Ağdərədə otlaq və kolluq ərazilərdə YANĞIN BAŞLAYIB - VİDEO

Qətər Olimpiya Oyunlarını keçirmək istəyir

Qətər Olimpiya Oyunlarını keçirmək istəyir

Daşkəsən rayonunda maşın AŞDI

Daşkəsən rayonunda maşın AŞDI

“ABŞ dünyada ən böyük raket arsenalına sahib olacaq” - Tramp

“ABŞ dünyada ən böyük raket arsenalına sahib olacaq” - Tramp

Magistratura imtahanının nəticələri ELAN OLUNDU

Magistratura imtahanının nəticələri ELAN OLUNDU

Bakıda lüks avtomobil taksi ilə TOQQUŞDU: Nəqliyyatın hərəkəti çətinləşdi - VİDEO

Bakıda lüks avtomobil taksi ilə TOQQUŞDU: Nəqliyyatın hərəkəti çətinləşdi - VİDEO

Xatirə hicab BAĞLADI - VİDEO

Xatirə hicab BAĞLADI - VİDEO

Yüksək vəzifəyə təyin olunan Elxan Bəşirov KİMDİR? - DOSYE

Yüksək vəzifəyə təyin olunan Elxan Bəşirov KİMDİR? - DOSYE

Türkiyə hipersəs raketi TAYFUN Blok-4-ü təqdim etdi - VİDEO

Türkiyə hipersəs raketi TAYFUN Blok-4-ü təqdim etdi - VİDEO

End of content

No more pages to load

RADİO