Kamran Əliyevdən XƏBƏRDARLIQ: “Rusiya AZAL təyyarəsinin istintaqı ilə bağlı məlumatları verməsə...”

“Ümid edirik ki, Rusiya tərəfi qısa zaman ərzində AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın gedişi və konkret nəticələri, həmçinin cinayəti törədmiş şəxslərin məsuliyyətə cəlb olunması barədə Azərbaycana məlumat verəcək. Əgər bu addım atılmasa, o zaman Prezident İlham Əliyevin qeyd etidiyi kimi, beynəlxalq məhkəmələrdə iddia qaldırmaq hüququnu özümüzdə saxlayırıq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev səsləndirib.

Baş prokuror bildirib ki, hadisə baş verən kimi Azərbaycanın prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Eyni zamanda, Qazaxstan tərəfi də cinayət işi başladıb. Sonra Rusiya İstintaq Komitəsi də prosesə cəld olunub.
 

“Sual yarana bilər ki, eyni hadisəyə görə niyə bir neçə ölkə cinayət işi başladır? Çünki bu məsələ hər üç dövlətin maraqlarına toxunub. Hadisə zamanı hər üç ölkənin və digər dövlətlərin vətəndaşları həm dünyasını dəyişib həm də xəsarət alıblar”, - deyə Kamran Əliyev diqqətə çatdırıb.


O deyib ki, Azərbaycanın rəsmi strukturları həm Rusiya, həm də Qazaxıstan tərəfi ilə bu məsələ ilə əlaqədar əməkdaşlıq edir. “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz Rusiya Istintaq Komitəsi ilə daim əlaqə saxlayırıq, məktublar ünvanlıyırıq. Qarşı tərəf hələ ki istintaq hərəkətləri və ekspertizaların həyata keçirilməsini əsas gətirərək istintaqın konkret nəticələri barədə bizə məlumat vermir”, - deyə Baş prokuror vurğulayıb.

Kamran Əliyevin sözlərinə görə, Azərbaycan tərəfinin hadisə ilə bağlı kifayət qədər sübütları var.

“İlkin mərhələdən etibarən biz zəruri olan bütün sübutları toplamışıq. Hadisənin baş verməsi və səbəbləri barədə kifayət qədər məlumatımız var, sübutlar mövcuddur. Qazaxıstan tərəfi ilə fəaliyyətimizi koordinasiya edirik. Bu yaxınlarda istintaq qrupumuzun üzvləri Qazaxıstana səfər ediblər və həmkarlarla işguzar görüş keçiriblər. Biz, həmçinin Braziliya prokurorluğu ilə əlaqə saxlayırıq. Çünki “Embraer-190” təyyarəsi bu ölkədə istehsal olunub”, - deyə o əlavə edib. (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Messi diskvalifikasiya OLUNA BİLƏR

Messi diskvalifikasiya OLUNA BİLƏR

Göygöldə 18 yaşlı piyadanı MAŞIN VURDU

Göygöldə 18 yaşlı piyadanı MAŞIN VURDU

Ukraynada “Mirage-2000” qırıcısı QƏZAYA UĞRADI - VİDEO

Ukraynada “Mirage-2000” qırıcısı QƏZAYA UĞRADI - VİDEO

İstanbul danışıqlarının 3-cü raundunda Türkiyə nümayəndə heyəti də İŞTİRAK EDƏCƏK

İstanbul danışıqlarının 3-cü raundunda Türkiyə nümayəndə heyəti də İŞTİRAK EDƏCƏK

"Neftçi" növbəti transferini reallaşdırdı - RƏSMİ

"Neftçi" növbəti transferini reallaşdırdı - RƏSMİ

Tural Əhmədov: "Ömrümün 15 ilini Azərbaycan mediasına xidmət etməklə qeyd edirəm"

Tural Əhmədov: "Ömrümün 15 ilini Azərbaycan mediasına xidmət etməklə qeyd edirəm"

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

DİQQƏT: Bu ərazilərdə qaz olmayacaq

DİQQƏT: Bu ərazilərdə qaz olmayacaq

"Barselona" Reşfordu nə vaxt təqdim edəcək?

"Barselona" Reşfordu nə vaxt təqdim edəcək?

Ağdam və Ağdərədə yanan ərazidə mina partlayışı OLDU - Alov kəndlərə yayıldı - VİDEO

Ağdam və Ağdərədə yanan ərazidə mina partlayışı OLDU - Alov kəndlərə yayıldı - VİDEO

Məşhur rok ifaçısı VƏFAT ETDİ

Məşhur rok ifaçısı VƏFAT ETDİ

İşə getmək istəməyənlər üçün klinika AÇILDI

İşə getmək istəməyənlər üçün klinika AÇILDI

Aysunun yeni sevgilisi bu iş adamıdır? - FOTO/VİDEO

Aysunun yeni sevgilisi bu iş adamıdır? - FOTO/VİDEO

Azərbaycanlı futbolçu bu ölkədə klubunu dəyişdi

Azərbaycanlı futbolçu bu ölkədə klubunu dəyişdi

Qusarda vətəndaşların müraciətləri dinlənildi - FOTO

Qusarda vətəndaşların müraciətləri dinlənildi - FOTO

Ağdam və Ağdərədə otlaq və kolluq ərazilərdə YANĞIN BAŞLAYIB - VİDEO

Ağdam və Ağdərədə otlaq və kolluq ərazilərdə YANĞIN BAŞLAYIB - VİDEO

Qətər Olimpiya Oyunlarını keçirmək istəyir

Qətər Olimpiya Oyunlarını keçirmək istəyir

Daşkəsən rayonunda maşın AŞDI

Daşkəsən rayonunda maşın AŞDI

“ABŞ dünyada ən böyük raket arsenalına sahib olacaq” - Tramp

“ABŞ dünyada ən böyük raket arsenalına sahib olacaq” - Tramp

Magistratura imtahanının nəticələri ELAN OLUNDU

Magistratura imtahanının nəticələri ELAN OLUNDU

Bakıda lüks avtomobil taksi ilə TOQQUŞDU: Nəqliyyatın hərəkəti çətinləşdi - VİDEO

Bakıda lüks avtomobil taksi ilə TOQQUŞDU: Nəqliyyatın hərəkəti çətinləşdi - VİDEO

Xatirə hicab BAĞLADI - VİDEO

Xatirə hicab BAĞLADI - VİDEO

Yüksək vəzifəyə təyin olunan Elxan Bəşirov KİMDİR? - DOSYE

Yüksək vəzifəyə təyin olunan Elxan Bəşirov KİMDİR? - DOSYE

Türkiyə hipersəs raketi TAYFUN Blok-4-ü təqdim etdi - VİDEO

Türkiyə hipersəs raketi TAYFUN Blok-4-ü təqdim etdi - VİDEO

End of content

No more pages to load

RADİO