Azərbaycan Milli Mətbuatının 150 illiyi ərəfəsində 93 illik tarixə malik “Xaçmaz” qəzetindən və onun qarşılaşdığı çətinliklərdən danışmaq yerinə düşərdi. Qəzetin baş redaktoru Zinyət Yaqubqızı Bizim.Media-ya müsahibəsində maraqlı açıqlamalar verib.
Zinyət xanım əvvəlcə qəzetin tarixi haqqında danışıb. Bildirib ki, Xaçmaz rayonu 1930-cu ildə yaranıb, qəzet isə 1932-ci ildən fəaliyyətə başlayıb. Müxtəlif dövrlərdə “Qırmızı Xaçmaz”, “Döyüş postunda”, “Döyüş yolu”, “Tərəvəzçi” və “Dostluq” adları ilə çıxıb. 2002-ci ildən etibarən isə “Xaçmaz” adı ilə dərc olunur.
Daha sonra qəzetin bugünkü vəziyyətindən danışaraq hazırda abunə sayının cəmi 500 nəfər olduğunu deyib. Halbuki vaxtilə bu rəqəm 1200 olub:
Ətraflı videosüjetdə:
Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, Bizim.Media