Milli mətbuatımızın 150 illiyi münasibətilə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov “Bizim.Media” xəbər portalına təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
“Hörmətli Anar müəllim!
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə sizi və rəhbərlik etdiyiniz kollektivi təbrik edir, ən xoş arzularımızı çatdırıram.
Ötən dövrdə şərəfli bir yol keçmiş, öz ali missiyasını həmişə layiqincə yerinə yetirən və Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə davamlı inkişafının əsasları yaradılmış milli mətbuatımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sistemli islahatlar nəticəsində köklü şəkildə yenilənmiş, ölkəmizdə müasir media mühiti formalaşmış, onun qlobal təsir imkanları və rəqabət qabiliyyətliliyi artmışdır.
Bu uğurlarda, o cümlədən Vətən müharibəsi dövründə və antiterror əməliyyatı zamanı “Bizim.Media” xəbər portalının obyektiv və operativ informasiya dəstəyini, azad edilmiş ərazilərimizlə bağlı reallıqların geniş auditoriyalara çatdırılması işində peşəkar fəaliyyətini, həmçinin informasiya əməkdaşlığı çərçivəsində səmərəli işgüzar əlaqələrimizi xüsusi vurğulayıram.
Bir daha əlamətdar yubiley münasibətilə sizi və “Bizim.Media” xəbər portalının bütün əməkdaşlarını təbrik edir, möhkəm can sağlığı, ailə səadəti, xoşbəxtlik, milli maraqlara xidmət edən önəmli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.
Bayramınız mübarək!”
Bizim.Media