Sumqayıt şəhərində yeni tikilən binaların birində bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, şəhərin 10-cu mikrorayon ərazisində yerləşən tikinti sahəsində fəhlə 2005-ci il təvəllüdlü Ariz Ağayarov dağıntılar altında qalıb.
Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. (Report.az)
Bizim.Media