Milli Mətbuatımızın yaranmasından 150 il ÖTÜR

Azərbaycan Milli Mətbuatının yaranmasından 150 il ötür.

Bizim.Media xəbər verir ki, ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.

Əsasən, maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb.

Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.

O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.

1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.
 

Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib.


Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib.

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin, milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin dövlət təltifləri ilə mükafatlandırılması da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib.
 

Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir.


Prezident İlham Əliyev 30 iyun 2020-ci il tarixdə Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirildi - FOTO

"Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirildi - FOTO

Yeni transfer LİVERPULDADIR

Yeni transfer LİVERPULDADIR

Hər gün pomidor yesəniz NƏ BAŞ VERƏR: çoxlarının bilmədiyi 5 NƏTİCƏ

Hər gün pomidor yesəniz NƏ BAŞ VERƏR: çoxlarının bilmədiyi 5 NƏTİCƏ

Günay Misir tətilindən GİLEYLƏNDİ - VİDEO

Günay Misir tətilindən GİLEYLƏNDİ - VİDEO

Bir rayonda QAZ OLMAYACAQ

Bir rayonda QAZ OLMAYACAQ

"Qarabağ" Dublindədir - FOTO

"Qarabağ" Dublindədir - FOTO

Şəbnəm qızı və oğlu ilə…. - VİDEO/EKSKLÜZİV

Şəbnəm qızı və oğlu ilə…. - VİDEO/EKSKLÜZİV

Bu ixtisasa tələbə qəbulu üçün qeydiyyat BAŞLANDI

Bu ixtisasa tələbə qəbulu üçün qeydiyyat BAŞLANDI

Gəncədə xəstəxanada YANĞIN: Canlı qüvvə cəlb OLUNDU

Gəncədə xəstəxanada YANĞIN: Canlı qüvvə cəlb OLUNDU

Zelenski İstanbul danışıqlarının gündəliyini AÇIQLADI

Zelenski İstanbul danışıqlarının gündəliyini AÇIQLADI

Milli Mətbuatımızın yaranmasından 150 il ÖTÜR

Milli Mətbuatımızın yaranmasından 150 il ÖTÜR

“Qalatasaray” Almaniya klubunun üzvü ilə danışıq aparır

“Qalatasaray” Almaniya klubunun üzvü ilə danışıq aparır

Cəlilabadda balıqların kütləvi ölümünün ilkin səbəbi AÇIQLANDI

Cəlilabadda balıqların kütləvi ölümünün ilkin səbəbi AÇIQLANDI

Ağdamda YANĞIN OLDU

Ağdamda YANĞIN OLDU

Kanada Ukraynaya 15 milyon dollar YARDIM AYIRDI

Kanada Ukraynaya 15 milyon dollar YARDIM AYIRDI

“Barselona”nın “Nou Kamp”a qayıdışı TƏXİRƏ SALINDI

“Barselona”nın “Nou Kamp”a qayıdışı TƏXİRƏ SALINDI

Şəbnəmdən sonra Aysunu da Gürcüstanda pul yağışına tutdular - VİDEO

Şəbnəmdən sonra Aysunu da Gürcüstanda pul yağışına tutdular - VİDEO

Hakan Fidan Əraqçi ilə Qəzza və Suriyadakı son vəziyyəti MÜZAKİRƏ ETDİ

Hakan Fidan Əraqçi ilə Qəzza və Suriyadakı son vəziyyəti MÜZAKİRƏ ETDİ

Novxanı çimərliyində növbəti bədbəxt hadisə

Novxanı çimərliyində növbəti bədbəxt hadisə

İnsan orqanizmində ən çox yağdan ibarət ORQAN

İnsan orqanizmində ən çox yağdan ibarət ORQAN

“Qalatasaray”ın sabiq futbolçusu Türkiyəyə QAYITDI

“Qalatasaray”ın sabiq futbolçusu Türkiyəyə QAYITDI

İzzət Bağırov buna görə çimərlikdən qorxur

İzzət Bağırov buna görə çimərlikdən qorxur

İstanbulda İranın nüvə proqramı ilə bağlı danışıqlar KEÇİRİLƏCƏK

İstanbulda İranın nüvə proqramı ilə bağlı danışıqlar KEÇİRİLƏCƏK

Ermənilərin təxribatları nəticəsində zərər çəkmiş şəxslər ifadə verdilər - MƏHKƏMƏ/FOTO

Ermənilərin təxribatları nəticəsində zərər çəkmiş şəxslər ifadə verdilər - MƏHKƏMƏ/FOTO

End of content

No more pages to load

RADİO