Məktəblərdə fransız dili ləğv edilir? - Rəsmi AÇIQLAMA

Bir neçə gündür ki, sosial şəbəkələrdə məktəblərdə fransız dili dərsinin ləğv edilməsiylə bağlı iddialar yayılıb. 

Fənn müəllimləri deyirlər ki, fransız dilinin dərs saatlatı tədricən azaldılır, hətta bəzi məktəblərdə ümumiyyətlə ləğv edilib. 

Görəsən, bu iddialar əsaslıdırmı?

Orta məktəblərdə fransız dili artıq tədris olunmayacaq?
 

MÖVZU İLƏ BAĞLI:

Orta məktəblərimizdə Çin dilinin tədrisi: Səmərəli olacaqmı?


Bizim.Media məsələylə bağlı Məktəbəqədər və Ümum Təhsil Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb. 

Agentliyin Bizim.Media-ya açıqlamasında bildirilib ki, məktəblərdə hansı xarici dilin tədris olunması valideynlərin seçimindən asılıdır. 

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na əsasən ümumi təhsilin səviyyələrində tədris edilən fənlərə digər fənlərlə yanaşı, “Xarici dil” və İkinci xarici dil” fənləri daxildir.

Hazırda ümumi təhsil müəssisələrində xarici dil və ikinci xarici dil olaraq ingilis, alman, fransız, rus, ərəb, fars dilləri tədris olunur. Xarici dil I sinifdən, ikinci xarici dil isə V sinifdən başlayaraq tədris olunur. Ümumi təhsil müəssisələrində hansı xarici dilin tədris olunması seçimi hüququ isə valideynlərindir.

Belə ki, Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq tədris planlarının “Tədris planlarına dair qeydlər” üzrə 7 nömrəli əlavəsində qeyd olunur ki, xarici dilin (dillərin) tədrisi üçün ümumi təhsil müəssisəsində müvafiq pedaqoji kadr potensialı mövcud olduğu halda, bir neçə xarici dil tədris olunan ümumi təhsil müəssisəsində övladı üçün müvafiq xarici dil onun valideyni (digər qanuni nümayəndəsi) tərəfindən seçilir".

Agentlikdən qeyd olunub ki, tədris planlarının 7 nömrəli əlavəsində tədris Azərbaycan dilində aparılan V-VIII siniflərdə dərsdənkənar məşğələlərə ayrılan 3 saatdan 2  saatının “Xarici dil”in, 1 saatının “İkinci xarici dil”in, tədris digər dillərdə aparılan V-VIII siniflərdə isə dərsdənkənar məşğələlərə ayrılan 3 saatın “Xarici dil”in tədrisinə verildiyi göstərilib.


"Bu da özlüyündə xarici dil fənninin tədrisinin diqqətdə saxlandığını və həmin fənlərə əlavə dərsdənkənar məşğələ hesabına saatların ayrıldığını təsdiq edir".

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bir rayonda QAZ OLMAYACAQ

Bir rayonda QAZ OLMAYACAQ

"Qarabağ" Dublindədir - FOTO

"Qarabağ" Dublindədir - FOTO

Şəbnəm qızı və oğlu ilə…. - VİDEO/EKSKLÜZİV

Şəbnəm qızı və oğlu ilə…. - VİDEO/EKSKLÜZİV

Bu ixtisasa tələbə qəbulu üçün qeydiyyat BAŞLANDI

Bu ixtisasa tələbə qəbulu üçün qeydiyyat BAŞLANDI

Gəncədə xəstəxanada YANĞIN: Canlı qüvvə cəlb OLUNDU

Gəncədə xəstəxanada YANĞIN: Canlı qüvvə cəlb OLUNDU

Zelenski İstanbul danışıqlarının gündəliyini AÇIQLADI

Zelenski İstanbul danışıqlarının gündəliyini AÇIQLADI

Milli Mətbuatımızın yaranmasından 150 il ÖTÜR

Milli Mətbuatımızın yaranmasından 150 il ÖTÜR

“Qalatasaray” Almaniya klubunun üzvü ilə danışıq aparır

“Qalatasaray” Almaniya klubunun üzvü ilə danışıq aparır

Cəlilabadda balıqların kütləvi ölümünün ilkin səbəbi AÇIQLANDI

Cəlilabadda balıqların kütləvi ölümünün ilkin səbəbi AÇIQLANDI

Ağdamda YANĞIN OLDU

Ağdamda YANĞIN OLDU

Kanada Ukraynaya 15 milyon dollar YARDIM AYIRDI

Kanada Ukraynaya 15 milyon dollar YARDIM AYIRDI

“Barselona”nın “Nou Kamp”a qayıdışı TƏXİRƏ SALINDI

“Barselona”nın “Nou Kamp”a qayıdışı TƏXİRƏ SALINDI

Şəbnəmdən sonra Aysunu da Gürcüstanda pul yağışına tutdular - VİDEO

Şəbnəmdən sonra Aysunu da Gürcüstanda pul yağışına tutdular - VİDEO

Hakan Fidan Əraqçi ilə Qəzza və Suriyadakı son vəziyyəti MÜZAKİRƏ ETDİ

Hakan Fidan Əraqçi ilə Qəzza və Suriyadakı son vəziyyəti MÜZAKİRƏ ETDİ

Novxanı çimərliyində növbəti bədbəxt hadisə

Novxanı çimərliyində növbəti bədbəxt hadisə

İnsan orqanizmində ən çox yağdan ibarət ORQAN

İnsan orqanizmində ən çox yağdan ibarət ORQAN

“Qalatasaray”ın sabiq futbolçusu Türkiyəyə QAYITDI

“Qalatasaray”ın sabiq futbolçusu Türkiyəyə QAYITDI

İzzət Bağırov buna görə çimərlikdən qorxur

İzzət Bağırov buna görə çimərlikdən qorxur

İstanbulda İranın nüvə proqramı ilə bağlı danışıqlar KEÇİRİLƏCƏK

İstanbulda İranın nüvə proqramı ilə bağlı danışıqlar KEÇİRİLƏCƏK

Ermənilərin təxribatları nəticəsində zərər çəkmiş şəxslər ifadə verdilər - MƏHKƏMƏ/FOTO

Ermənilərin təxribatları nəticəsində zərər çəkmiş şəxslər ifadə verdilər - MƏHKƏMƏ/FOTO

“Qəbələ” “Kəpəz”ə QALİB GƏLDİ

“Qəbələ” “Kəpəz”ə QALİB GƏLDİ

İranda daha bir zavodda güclü yanğın oldu - VİDEO

İranda daha bir zavodda güclü yanğın oldu - VİDEO

17 ildən sonra İLK DƏFƏ: ABŞ nüvə silahını Britaniyaya qaytardı

17 ildən sonra İLK DƏFƏ: ABŞ nüvə silahını Britaniyaya qaytardı

"Həmin müğənnilər "qara siyahı"dadır"

"Həmin müğənnilər "qara siyahı"dadır"

End of content

No more pages to load

RADİO