Sumqayıtda yaşayış binasında yanğın başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.
Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayonda mənzildə yanğın olması barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media