“Biz həm Şuşa, həm də digər ərazilərdə aparılan sürətli yenidənqurma və bərpa işlərinin şahidi olduq. Burada möhtəşəm inkişafı gördük. Gözəl yollar, evlər, otellər, konfrans mərkəzləri tikilir, dəmiryol salınır”.
Bizim.Media xəbər verir ki, bu sözləri III Şuşa Qlobal Media Forumunun Cənubi Afrikadan olan iştirakçısı Zifora Maubane Xocalıya səfəri zamanı AZƏRTAC-a açıqlamasında deyib.
“Mən Cənubi Afrikadanam. Bizi kommunikasiya, informasiyaya, sosial media və süni intellektlə bağlı müzakirələrin aparıldığı bu forumda iştiraka dəvət etdiyi üçün təşkilatçılara minnətdarıq. Azərbaycanlıların qonaqpərvərliyini yüksək qiymətləndirirəm”, – deyə o bildirib.
Bizim.Media