Goranboyda yol-nəqliyyat qəzası 30 yaşlı oğlanın xəsarət alması ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Tatarlı kəndi ərazisində baş verib. Əslən Kəlbəcər rayonundan olan 1964-cü il təvəllüdlü Əşrəf Verdiyev idarə etdiyi "Niva" markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb. Nəticədə maşında olan sürücünün oğlu, 1995-ci il təvəllüdlü Sulduz Verdiyev müxtəlif bədən xəsarətləri alıb. Yaralı Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu