Bakıda "Bolt" sürücüsü maşında əlaqədə olduğu qadın məmuru belə ŞANTAJ ETDİ

Bakıda taksi sürücüsü qadın sərnişini şantaj edib.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, Həsən Əkbərov (ad və soyad şərti) adlı taksi sürücüsü ilə sərnişini olan Humay Quliyeva (ad və soyad şərti) arasında münasibətlər yaranıb.

Belə ki, qadının "Bolt" şirkətindən etdiyi taksi sifarişinə Həsən "Toyota Prius" markalı avtomobili ilə gəlib. Qadını yaşadığı Binəqədi rayonundakı evindən çalışdığı nazirliyin Yasamal rayonundakı şöbəsinə aparıb. Sonradan qadına zəng edib və mesajlar yazaraq, axşam onu işdən evə aparmaq istədiyini deyib.

Qadın işdən sonra İçərişəhərdə iftar məclisinə getmək üçün taksi sifariş etmək istəyib. Lakin səhvən Həsənin mobil nömrəsinə yığıb. Həsən Humayı götürüb əvvəlcə iftar məclisinə, sonra isə yaşadığı Binəqədi rayonuna aparıb. Evlərinə gedərkən yol boyunca aralarında səmimi münasibətlər yaranıb. Sonra Həsən avtomobilin arxa oturacağına keçib və qadınla təbii yolla cinsi əlaqədə olub.

Evli və iki azyaşlı uşağı olan Həsən gecə yarı da Humaya görüntülü yığaraq utanmamasını deyib və yataq paltarında olan qadından sinəsini açmasını istəyib. Humay onun istəyini yerinə yetirib. Danışığın sonunda Həsən avtomobili üçün ehtiyat hissələri alacağını deyib və ondan 2000 manat pul istəyib. Lakin Humay ona sadəcə 50 yaxud 100 manat verəcəyini deyib. Həsən maşını ustaya aparacağını, düzəlməsə yeni avtomobil almalı olduğunu bildirib və bunun üçün qadından yüksək məbləğdə pul istəyib. Bunu görən Humay onu "blok"a atıb.

Qadının əməlindən əsəbiləşən Həsən isə başqa nömrə ilə ona mesaj yazıb. O, cinsi əlaqədə olduqları və videogörüntülü zəngdə yaşadıqlarının qeydlərini Humaya atıb və yüksək məbləğdə pul istəyib. Əl-ayağa düşən qadın müxtəlif vaxtlarda ümumilikdə Həsənə 10 min 700 manat pul göndərib.

Zərərçəkən hüquq-mühafizə orqanlarına şikayət edib və Həsən Əkbərov saxlanılıb. O, yekun olaraq, Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsiniin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda yaşayış binasında yanğın - VİDEO

Sumqayıtda yaşayış binasında yanğın - VİDEO

İranda partlayış oldu: 13 yaralı var - VİDEO

İranda partlayış oldu: 13 yaralı var - VİDEO

Kürdə batan şəxsin adı AÇIQLANDI

Kürdə batan şəxsin adı AÇIQLANDI

İranda saxlanılan avtobuslar Naxçıvana çatır

İranda saxlanılan avtobuslar Naxçıvana çatır

Lənkəranda avtomobil dərəyə aşdı - 3 nəfər xəsarət aldı - FOTO

Lənkəranda avtomobil dərəyə aşdı - 3 nəfər xəsarət aldı - FOTO

Yunan-Roma güləşçilərimiz Budapeştdə daha 2 medal qazandılar - FOTO

Yunan-Roma güləşçilərimiz Budapeştdə daha 2 medal qazandılar - FOTO

Qazaxın bəzi kəndlərində qaz olmayacaq

Qazaxın bəzi kəndlərində qaz olmayacaq

Sabirabadda avtomobil piyadanı vuraraq öldürdü

Sabirabadda avtomobil piyadanı vuraraq öldürdü

Ərdoğan İlham Əliyevə təşəkkür etdi

Ərdoğan İlham Əliyevə təşəkkür etdi

XVII əsrdə inşa edilən ən böyük taxta kilsə yandı

XVII əsrdə inşa edilən ən böyük taxta kilsə yandı

Tom Kruz 26 yaş kiçik sevgilisi ilə... - FOTO

Tom Kruz 26 yaş kiçik sevgilisi ilə... - FOTO

İdmançımız Türkiyədə qızıl medal qazandı

İdmançımız Türkiyədə qızıl medal qazandı

İŞİD lideri və köməkçisi dronla öldürüldü

İŞİD lideri və köməkçisi dronla öldürüldü

Şuşada III Qlobal Media Forumunun iştirakçıları üçün qala-konsert keçirilir -VİDEO

Şuşada III Qlobal Media Forumunun iştirakçıları üçün qala-konsert keçirilir -VİDEO

İlham Əliyevin Xankəndidəki çıxışı Qazaxıstan mətbuatında geniş işıqlandırıldı - FOTO

İlham Əliyevin Xankəndidəki çıxışı Qazaxıstan mətbuatında geniş işıqlandırıldı - FOTO

“Qarabağ” sabah İrlandiyaya yollanacaq

“Qarabağ” sabah İrlandiyaya yollanacaq

Ukraynalı jurnalist İlham Əliyevlə FOTOLARINI paylaşaraq təşəkkür etdi

Ukraynalı jurnalist İlham Əliyevlə FOTOLARINI paylaşaraq təşəkkür etdi

Ağstafada kran aşdı - Xəsarət alanlar var

Ağstafada kran aşdı - Xəsarət alanlar var

Putindən ETİRAF: "Rusiya suverenliyini itirə bilər"

Putindən ETİRAF: "Rusiya suverenliyini itirə bilər"

SON DƏQİQƏ! Dünya bu xəbərlə ÇALXALANIR - FOTOLAR

SON DƏQİQƏ! Dünya bu xəbərlə ÇALXALANIR - FOTOLAR

Özəl uşaq bağçasında ZƏHƏRLƏNMƏ: 6 nəfər həbs edildi

Özəl uşaq bağçasında ZƏHƏRLƏNMƏ: 6 nəfər həbs edildi

"Azerbaijan", "IlhamAliyev" həştəqləri trendə yüksəldi - FOTO

"Azerbaijan", "IlhamAliyev" həştəqləri trendə yüksəldi - FOTO

Düyü idxalında kəskin azalma qiymətlərə necə təsir edəcək?

Düyü idxalında kəskin azalma qiymətlərə necə təsir edəcək?

Kür çayında ortayaşlı kişi batdı - VİDEO

Kür çayında ortayaşlı kişi batdı - VİDEO

End of content

No more pages to load

RADİO