Goranboyda iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində baş verib.
Hərəkətdə olan iki "VAZ" markalı avtomobilin toqquşması zamanı maşınlardan birinin sərnişini, 2011-ci il təvəllüdlü Nurlan Əliyev müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralı yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanılıb
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu