Kürdəmir rayonunda kütləvi zəhərlənən şəxslərin sayı 24 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.
Qeyd edilib ki, zəhərlənən şəxslərdən 6-sı uşaq olmaqla, 14-ü qadın, 10 nəfəri isə kişilərdir.
Hazırda bütün xəstələr ambulator müalicə üçün evə buraxılıb.
Daha əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, "Naftalan" ailəvi restoranda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə AQTA əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.
İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb.
Bizim.Media