“Jurnalistikanı blogerikdən ayırmağın vaxtı gəlib. Klassik jurnalistikaya qayıtmalıyıq”.
Bizim.Media xəbər verir ki, bu sözləri III Şuşa Qlobal Media Forumunun “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı” adlı panelində “Qazcontent” ASC-nin İdarə Heyətinin sədri Aina Zadabek deyib.
Onun sözlərinə görə, məlumatın həcmi böyükdür və biz onu fərqləndirməliyik:
“Sosial şəbəkədə səhifəyə sahib olan hər bir şəxs jurnalistika fəaliyyəti ilə bərabər tutulur. Bu, əlbəttə ki, səhv fikirdir. Düşünürəm ki, bütün dünyada bununla bağlı qanunvericilik səviyyəsində qərar qəbul edilməlidir”.
Bizim.Media