Gəncə şəhərində qonşular arasında düşən dava üç nəfərin xəsarət alması ilə nəticələnib.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə, təxminən saat 23:50-də qeydə alınıb.
Belə ki, şəhərin Bağman yaşayış massivində yaşayan qonşular arasında düşən əlbəyaxa dava nəticəsində 1967-ci il təvəllüdlü Bəxtiyar Qasımov, 1964-cü il təvəllüdlü Məmmədəli Bağırov və 1971-ci il təvəllüdlü Kəmalə Qasımova xəsarət aldıqları üçün xəstəxanaya çatdırılıblar.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisənin baş verməsinə səbəb Məmmədəli Bağırovun sərxoş vəziyyətdə söyüş söyməsi olub.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Bizim.Media