Yayda “işıqpulu” çox yazır? - Bunları edin

Yay mövsümündə havaların isti keçməsi ilə birlikdə kondisioner, ventilyator, soyuducu və digər məişət texnikasının istifadəsi artır. Bu da öz növbəsində elektrik enerjisi sərfiyyatında ciddi artıma səbəb olur. Ancaq sadə və effektiv üsullarla həm enerjiyə qənaət etmək, həm də ailə büdcəsini qorumaq mümkündür.

Bizim.Media yay aylarında elektrik enerjisinə qənaət etmək üçün 7 tövsiyəni təqdim edir:

Kondisionerdən səmərəli istifadə edin
 

Kondisioner yayda ən çox enerji sərf edən cihazlardan biridir. Temperaturu 24-26°C arasında saxlamaq həm sağlamlıq, həm də qənaət baxımından uyğundur. Kondisioneri yandırarkən pəncərələrin və qapıların bağlı olduğundan əmin olun.


Pərdələrdən və jalüzlərdən istifadə edin

Gündüz saatlarında günəş şüalarının evə daxil olması otaqların daha çox isinməsinə və nəticədə kondisionerin daha çox işləməsinə səbəb olur.

Pəncərə pərdələrindən və jalüzlərdən istifadə edərək otaqların temperaturunu aşağı saxlamaq mümkündür.

Enerji səmərəli texnika seçin

Soyuducu, paltaryuyan və kondisioner kimi cihazları alarkən enerji səmərəliliyi sinfinə (A+, A++, A+++) diqqət yetirin. Bu tip texnikalar az enerji sərf edir və uzunmüddətli qənaət təmin edir.

Ventilyatordan istifadə edin

Kondisionerlə müqayisədə ventilyatorlar daha az enerji sərf edir. Əgər hava çox isti deyilsə, otağı ventilyator vasitəsilə sərinlətmək daha qənaətcil seçim ola bilər.

İşıqlardan düzgün istifadə edin

Yayda gün işığı daha uzun çəkdiyi üçün süni işığa olan ehtiyac azalır. Elektrik işıqlarını yalnız zəruri hallarda yandırın. Eyni zamanda, enerjiyə qənaət edən LED lampalar istifadə etməyə üstünlük verin.

Elektron cihazları tam söndürün

Televizor, kompüter, şarj cihazı kimi avadanlıqları istifadədən sonra tam söndürmək və prizdən çıxarmaq enerji sərfiyyatını azaldır. "Stand-by" rejimi belə cihazların enerji sərf etməsinə səbəb ola bilər.

Yemək bişirmə saatlarını uyğun seçin

Yayda günorta saatlarında yemək bişirmək həm mətbəxi isidir, həm də soyuducunun daha çox işləməsinə səbəb olur. Bu da enerji sərfiyyatını artırır. Əsas yeməkləri səhər və ya axşam saatlarında hazırlamaq daha məqsədəuyğundur. (metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentdən Rusiya ilə Aİ arasında yaranmış təbii qaz böhranına MÜNASİBƏT

Prezidentdən Rusiya ilə Aİ arasında yaranmış təbii qaz böhranına MÜNASİBƏT

Zuğulba şosesində avtomobil yandı, yolda sıxlıq yarandı - FOTO

Zuğulba şosesində avtomobil yandı, yolda sıxlıq yarandı - FOTO

İlham Əliyev: “Cənubi Qafqaz sabit məkan olacaq”

İlham Əliyev: “Cənubi Qafqaz sabit məkan olacaq”

Prezident şərtləri AÇIQLADI: "Ermənistanla bu halda sülh müqaviləsi imzalana bilər"

Prezident şərtləri AÇIQLADI: "Ermənistanla bu halda sülh müqaviləsi imzalana bilər"

Vüsalə villasına KÖÇDÜ - VİDEO

Vüsalə villasına KÖÇDÜ - VİDEO

İlham Əliyev: “Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədər və ondan da artıqdır”

İlham Əliyev: “Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədər və ondan da artıqdır”

İlham Əliyev: “Süni intellektdən istifadə etmirəm” - VİDEO

İlham Əliyev: “Süni intellektdən istifadə etmirəm” - VİDEO

“Zirə” iştirak ərizəsini UEFA-ya GÖNDƏRDİ

“Zirə” iştirak ərizəsini UEFA-ya GÖNDƏRDİ

Prezident: “Rusiyadan AZAL təyyarəsinin qəzası ilə bağlı heç bir cavab almamışıq”

Prezident: “Rusiyadan AZAL təyyarəsinin qəzası ilə bağlı heç bir cavab almamışıq”

“Ermənilərə dedik ki, "Dağlıq Qarabağ" sizin təxəyyülünüzdədir” - Prezident

“Ermənilərə dedik ki, "Dağlıq Qarabağ" sizin təxəyyülünüzdədir” - Prezident

Azərbaycan Prezidenti: “Biz indi beynəlxalq səhnədə daha fəalıq”

Azərbaycan Prezidenti: “Biz indi beynəlxalq səhnədə daha fəalıq”

"Dövlət mənə ev də, təqaüd də verdi" - VİDEO

"Dövlət mənə ev də, təqaüd də verdi" - VİDEO

“İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun” - İlham Əliyev

“İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun” - İlham Əliyev

Prezident Vətən müharibəsindən DANIŞDI: “Əmin idim ki, xalq arxamda duracaq”

Prezident Vətən müharibəsindən DANIŞDI: “Əmin idim ki, xalq arxamda duracaq”

Daha bir marşrut xəttinə YENİ AVTOBUSLAR verildi

Daha bir marşrut xəttinə YENİ AVTOBUSLAR verildi

İlham Əliyev: “ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük”

İlham Əliyev: “ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük”

Prezident: “Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir”

Prezident: “Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir”

İçərisində 48 turistin olduğu kater AŞDI - Ölənlər var - VİDEO

İçərisində 48 turistin olduğu kater AŞDI - Ölənlər var - VİDEO

İlham Əliyev: “Bizim etibarlı tərəfdaş imicimiz var”

İlham Əliyev: “Bizim etibarlı tərəfdaş imicimiz var”

Dövlətimizin başçısından Ukraynaya MƏSLƏHƏT: “İşğalla barışmayın” - VİDEO

Dövlətimizin başçısından Ukraynaya MƏSLƏHƏT: “İşğalla barışmayın” - VİDEO

“Karvan” bu futbolçu ilə yollarını ayırdı

“Karvan” bu futbolçu ilə yollarını ayırdı

“Heydər Əliyev bu günü görsəydi, oğluna nə deyərdi?” sualına Prezidentdən CAVAB - VİDEO

“Heydər Əliyev bu günü görsəydi, oğluna nə deyərdi?” sualına Prezidentdən CAVAB - VİDEO

Prezidentdən XƏBƏRDARLIQ: “Emənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bloklasa…”

Prezidentdən XƏBƏRDARLIQ: “Emənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bloklasa…”

Tanınmış ukraynalı jurnalist Şuşa Media Forumunda - VİDEO

Tanınmış ukraynalı jurnalist Şuşa Media Forumunda - VİDEO

End of content

No more pages to load

RADİO