Cərimələrə güzəşt olunacaq - Prezident təsdiqlədi

İnzibati cəriməni 10 günə ödəyənlər məbləğin 10%-dən azad ediləcək.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
 

İnzibati xətalar haqqında protokolların, qərarların (qərardadların) mərkəzləşdirilmiş qaydada uçotunu və izlənilməsini təmin etmək və inzibati xətalar haqqında işlərin baxılmasında operativliyin təmin edilməsi məqsədilə hazırlanıb.


Dəyişikliyə görə qərarların icrasının sürətləndirilməsi, elektron sistemlərin effektivliyinin artırılması məqsədilə təkcə Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulan inzibati xətalara görə deyil, eyni zamanda digər inzibati xətalara görə inzibati tənbeh vermə haqqında elektron qərar, habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün yaradılan elektron kabinetdə yerləşdirilmədiyi halda da şəxs inzibati məsuliyyətə cəlb olunmayacaq.
 

Həmçinin səlahiyyətli orqanlar (qurumlar) tərəfindən baxdıqları inzibati xətalar haqqında işlər üzrə qərarlar (qərardadlar) və protokollar barədə Məcəllə ilə müəyyən edilmiş məlumatların özlərinin informasiya sistemlərinə 24 saat ərzində və 45-ci maddədə nəzərdə tutulan digər hallarda isə dərhal yerləşdirilməsi ilə bağlı müddəalar əlavə edilib.


Məcəlləyə əlavə edilən 45-1-ci maddəyə əsasən inzibati xəta haqqında protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların) mərkəzləşdirilmiş qaydada uçotunu və izlənilməsini təmin etməklə bu Məcəlləyə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və ya inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar qəbul etmiş səlahiyyətli orqanların hesablarına köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyü üzrə nəzarətin həyata keçirilməsi məqsədilə "İCMAL" informasiya sistemi yaradılacaq.
 

"İCMAL" informasiya sistemində inzibati xətalar haqqında protokolların və qərarların (qərardadların) unikal nömrə verilməklə real vaxt rejimində və avtomatlaşdırılmış qaydada izlənilməsi nəzərdə tutulur. Buna görə də layihəyə əlavə edilməsi nəzərdə tutulan 45-2-ci maddədə səlahiyyətli orqanlar tərəfindən inzibati xətalar haqqında protokollar və qərarlar (qərardadlar) barədə məlumatların "İCMAL" informasiya sisteminə ötürülməsi təklif edilir.


Protokollara və qərarlara (qərardadlara) unikal nömrə verildikdən sonra "İCMAL" informasiya sistemi tərəfindən səlahiyyətli orqanların informasiya sisteminə ötürülür.

"İCMAL" informasiya sisteminin tətbiqi gələcəkdə inzibati xətalar haqqında işlər üzrə operativliyin, hesabatlılığın və şəffaflığın təmin edilməsi ilə nəticələnəcək.

Eyni zamanda layihəyə əlavə edilməsi nəzərdə tutulan 57-1-ci maddədə barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sənədlər barədə məlumatlandırılması formalarından bəhs olunub.

Bundan başqa, 16-1-ci fəslin adının və həmin fəsildə əks olunan 127-3-cü və 127-4-cü maddələrin yeni redaksiyada verilərək təkmilləşdirilib.

Bundan başqa, Prezidentin imzaladığı Fərmanla Nazirlər Kabinetinə inzibati cərimələrin qaytarılması qaydasını altı ay müddətində müəyyən etmək tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şokoladla bağlı bunları BİLİRDİNİZ?

Şokoladla bağlı bunları BİLİRDİNİZ?

Paşinyan Pezeşkianı İrəvana DƏVƏT ETDİ

Paşinyan Pezeşkianı İrəvana DƏVƏT ETDİ

"Tramp mənə dedi ki..."

"Tramp mənə dedi ki..."

Az yaşayan YEGANƏ BÜRC

Az yaşayan YEGANƏ BÜRC

Rusiyada 2 hava limanı BAĞLANDI

Rusiyada 2 hava limanı BAĞLANDI

“Bulvarda kino axşamı" adlı yeni layihəyə START VERİLDİ - FOTO

“Bulvarda kino axşamı" adlı yeni layihəyə START VERİLDİ - FOTO

Sumqayıtda 50 yaşlı kişi BIÇAQLANDI

Sumqayıtda 50 yaşlı kişi BIÇAQLANDI

Gimnastlarımızdan növbəti QIZIL MEDALLAR

Gimnastlarımızdan növbəti QIZIL MEDALLAR

Prezident: “Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var”

Prezident: “Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var”

Pul, karyera, sevgi: Yayın ortası 3 bürcə uğur gətirəcək

Pul, karyera, sevgi: Yayın ortası 3 bürcə uğur gətirəcək

Xankəndidə TƏSİRLİ ÇIXIŞ: “Artıq mən olmayacaqdım...” - VİDEO

Xankəndidə TƏSİRLİ ÇIXIŞ: “Artıq mən olmayacaqdım...” - VİDEO

Bernardeskinin YENİ KLUBU məlum oldu

Bernardeskinin YENİ KLUBU məlum oldu

Prezident: “Separatçılığı dəmir-betonla qapadacaq sənədlər zəmanət olmalıdır” - VİDEO

Prezident: “Separatçılığı dəmir-betonla qapadacaq sənədlər zəmanət olmalıdır” - VİDEO

Bakının məşhur qəsəbəsi plana düşdü: SÖKÜLÜR

Bakının məşhur qəsəbəsi plana düşdü: SÖKÜLÜR

İlham Əliyev: “Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır”

İlham Əliyev: “Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır”

Prezident: “Fransa ilə Yeni Kaledoniya arasında baş verənlər tarixi presedentdir”

Prezident: “Fransa ilə Yeni Kaledoniya arasında baş verənlər tarixi presedentdir”

ADSEA jurnalistləri Milli Mətbuatın 150 illiyi münasibətilə təbrik etdi - FOTO

ADSEA jurnalistləri Milli Mətbuatın 150 illiyi münasibətilə təbrik etdi - FOTO

“Donald Trampa çox minnətdarıq” - İlham Əliyev

“Donald Trampa çox minnətdarıq” - İlham Əliyev

İlham Əliyev: "İftira kampaniyalarına cavab verməyə qadir mediamız var" - VİDEO

İlham Əliyev: "İftira kampaniyalarına cavab verməyə qadir mediamız var" - VİDEO

İyulun 21-də qaz kəsiləcək - Bu ərazilərdə

İyulun 21-də qaz kəsiləcək - Bu ərazilərdə

İlham Əliyev: “Biz xarici investorları enerji sektoruna cəlb edirik”

İlham Əliyev: “Biz xarici investorları enerji sektoruna cəlb edirik”

Prezident: “Rusiyanın cavabı uşaq bağçası səviyyəsində nağıldır” - VİDEO

Prezident: “Rusiyanın cavabı uşaq bağçası səviyyəsində nağıldır” - VİDEO

"Aparıcılar onları reytinq üçün efirə çıxarıb, ələ salırlar"

"Aparıcılar onları reytinq üçün efirə çıxarıb, ələ salırlar"

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı MESAJ: “Bizim ərazimizdə heç bir icarədar ola bilməz”

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı MESAJ: “Bizim ərazimizdə heç bir icarədar ola bilməz”

End of content

No more pages to load

RADİO