Xaçmazda yol kənarında ölü tapılan şəxsin kimliyi bəlli olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, bu, 45 yaşlı Teyyub Rakif oğlu Əliyevdir.
MÖVZU İLƏ BAĞLI :
Xaçmazda naməlum kişi meyiti tapılıb - ÖZƏL
Xaçmaz şəhər sakini olan Teyyub Əliyevin qəfildən halının pisləşdiyi, yol gedərkən yıxılaraq öldüyü bildirilir.
Fakta görə araşdırma başlanıb.
Xatırladaq ki, Quba-Xaçmaz yolunun Xaçmaz şəhərindən keçən hissəsində-yolun kənarında kişi meyiti aşkar edilib. Meyitin üzərində xəsarət izləri qeydə alınmayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu