Yayda sərinləmək üçün suya dalmaq zövqlü olsa da, böyük risklər daşıyır. Xüsusilə dayaz suya başı üstə atılmaq (balıqlama dalışı) onurğanın sınıqları və ifliclə nəticələnə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə fizioterapevt professor Mehmet Ağırman bildirib.
O xəbərdarlıq edir ki, yay aylarında belə ağır xəsarətlər son vaxtlar xeyli artıb.
Professor xüsusilə gənc oğlanların özlərini göstərmək məqsədilə yüksək hündürlükdən belə atıldığını qeyd edib. Onun sözlərinə görə, bir anlıq diqqətsizlik həyatı tamamilə məhv edə bilər.
Ona görə də dibi və dərinliyi bəlli olmayan su hövzələrindən uzaq durmaq lazımdır.
Bizim Media