Xadimələrə maşınını yudurdan 240 nömrəli tam orta məktəbin direktori işdən çıxarılıb
Bizim.Media trend-ə istinadən xəbər verir ki, Bakı şəhəri 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədova işdən azad olunub.
Məlumatı Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi də təsdiqləyib.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə direktor və direktor müavininə məxsus nəqliyyat vasitələrinin məktəb ərazisində məktəbin xadimələri tərəfindən yuyulması ilə bağlı videogörüntülər yayılmışdı.
Bizim.Media