İyulun 23-dək temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən günlərdə olduğu kimi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40 dərəcəyə yaxın, Naxçıvan Muxtar Respublikasında, eyni zamanda, Aran rayonlarında 36-40, bəzi yerlərdə 41, dağlıq rayonlarda isə 33 dərəcəyədək isti olacağı gözlənilir.
Bizim.Media