Ağalı kəndinə qayıdışın 3-cü ildönümü qeyd olunub - VİDEO

İşğaldan azad edilmiş ərazilərimizdə Böyük Qayıdışın ilk ünvanı olan Zəngilan rayonunun Ağalı kəndində keçmiş məcburi köçkünlərin daimi məskunlaşdırılmasına başlanmasının 3-cü ildönümü tamam olub. 

Bizim.Media xəbər verir ki, bu münasibətlə Abşeron rayonunun Masazır kəndində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksindəki Zəngilan Mədəniyyət Evində təntənəli yığıncaq keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nümayəndələri və 100-dən çox keçmiş məcburi köçkün iştirak ediblər.
 

İlk olaraq tədbir iştirakçıları Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasında ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.


Daha sonra Böyük Qayıdışa dair foto-sərgiyə baxış keçirilib.

Yığıncaqda Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov tədbiri giriş sözü ilə açaraq Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın rifahı naminə gördüyü işlərdən, Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərdən danışıb.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və sərkərdəlik qüdrəti, şanlı Ordumuzun rəşadəti sayəsində ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu vurğulayıb və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın Ağalı kəndindən başlanmasının zəngilanlılar üçün qürurverici hadisə olduğunu bildirib.

“Ağıllı kənd” konsepsiyası ilə salınmış bu yaşayış məntəqəsində ağalılar üçün təhlükəsiz və layiqli həyat şəraitinin yaradıldığı, doğma yurda qayıtmış insanların ötən üç ildə bu şəraitə uyğunlaşdıqları, kəndin sosial-iqtisadi inkişafında fəal iştirak etdikləri qeyd olunub.

Zəngilanın məcburi köçkün sakinlərinin hamısının ata-baba yurduna dönüşü səbrsizliklə gözlədikləri diqqətə çatdırılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsisinin sədr müavini Fuad Hüseynov Böyük Qayıdışın xalqımız öz torpağına bağlılığını nümayiş etdirdiyini, mühüm tarixi-siyasi əhəmiyyət daşıdığını bildirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün uzunmüddətli tədbirlər həyata keçirildiyi, Böyük Zəfərdən sonra isə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığı, Böyük Qayıdışın başlandığı və uğurla davam etdiyi xatırladılıb. Vurğulanıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva da qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşır, onların həllinə təsirli dəstək göstərir.
 

Ağalıları və bütün zəngilanlıları Dövlət Komitəsinin rəhbərliyi adından təbrik edən Fuad Hüseynov ötən üç ildə qazanılan təcrübənin Böyük Qayıdışın daha səmərəli aparılmasında, keçmiş məcburi köçkünlərin arzu və istəklərinə uyğun həyata keçirilməsində mühüm rol oynadığını bildirib.


Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov tədbirdəki çıxışında Ağalı kəndinin sosial-iqtisadi inkişafı üçün lazımi imkanların olduğunu, məcburi köçkünlüyün ağrı-acılarını yaşamış sakinlərin onlar üçün yaradılan şəraitdən istifadə edib, böyük həvəslə yeni həyata başladıqlarını vurğulayıb.

Qeyd edilib ki, kənd sakinlərinin əksəriyyətinin məşğulluğu təmin edilib, həyətyanı sahədə əkin-biçin işləri görür, ev quşları saxlayırlar. Diqqətə çatdırılıb ki, təsdiq edilmiş Baş plana əsasən, Zəngilan rayonunda abadlıq-quruculuq işləri davam etdirilir, sakinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür.   

ANAMA-nın əməkdaşı Ceyhun Quliyev mina və partlamamış hərbi sursatların növləri, xarakteri, minalanmış və minalardan təmizlənmiş ərazilərdə davranış qaydaları, aidiyyəti üzrə müraciət qaydaları ilə bağlı ətraflı məlumat verib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşı Fatimə Cəfərova təmsil etdiyi qurumun fəaliyyəti barədə danışıb.

Hazırda Agentlik tərəfindən 42 ixtisas üzrə peşə təlimlərinin verildiyi, məcburi köçkünlərin də bu təlimlərə cəlb olunduğu qeyd edilib. Bildirilib ki, peşə bacarıqlarını artırmaq istəyən şəxslər Agentliyə müraciət edə bilərlər.

Ağalı kəndinə ilk köçürülənlərdən olan tanınmış ictimai fəal-bloger Çiçək Gəraylının çıxışını da yığıncaq iştirakçıları maraqla dinləyiblər.

O, doğma yurdda yeni həyatını necə qurduğu barədə söhbət açıb, yaradılan şəraitdən məmnunluğunu bildirib, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq və abadlıq işlərinin orada yaşayan hər kəsdə böyük sevinc və qürur hissi doğurduğunu qeyd edib. Çiçək Gəraylıya işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın sosial mediada təbliğat-təşviqatına verdiyi müsbət töhfəyə görə Dövlət Komitəsinin sədri adından təşəkkürnamə təqdim edilib.
 

Məcburi köçkün Mahirə Quliyeva isə Böyük Qayıdışla bağlı bütün yenilikləri diqqətlə izlədiklərini, dövlətimizin bu sahədə gördüyü işləri ürəkdən bəyəndiyini və doğma yurda geri dönəcəkləri günü səbrsizliklə gözlədiklərini bildirib.


Tədbirdə çıxış edən digər rəsmi şəxslər Böyük Qayıdış proqramı çərçivəsində görülən işlər, mina təmizləmə prosesi, infrastruktur layihələrinin icrası və gələcək planlar barədə ətraflı məlumat veriblər. Bildirilib ki, təkcə Ağalı kəndi deyil, bütövlükdə Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında yenidənqurma işləri sürətlə davam etdirilir və yaxın illərdə daha çox ailənin öz doğma yurduna qayıtması nəzərdə tutulur.

Ağalı kəndinin yığıncaqda iştirak edən sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər, qayıdış prosesinin onların həyatında yaratdığı müsbət dəyişikliklərdən danışıblar.

Tədbir iştirakçılarını maraqlandıran suallar Dövlət Komitəsinin aidiyyəti şöbələrinin rəhbər şəxsləri, həmçinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı tərəfindən cavablandırılıb.

Sonda Zəngilan rayonuna qayıdış, sosial müdafiə tədbirləri və mina təhlükəsinə qarşı maarifləndirməyə dair video çarxlar nümayiş olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu hallarla rastlaşırsınızsa telefonunuz dinlənir - DİQQƏTLİ OLUN!

Bu hallarla rastlaşırsınızsa telefonunuz dinlənir - DİQQƏTLİ OLUN!

Rusiya bu ölkə ilə hərbi əməkdaşlıq sazişini LƏĞV ETDİ - FOTO

Rusiya bu ölkə ilə hərbi əməkdaşlıq sazişini LƏĞV ETDİ - FOTO

Lalə Məmmədovanın evindən GÖRÜNTÜLƏR - VİDEO

Lalə Məmmədovanın evindən GÖRÜNTÜLƏR - VİDEO

Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi HƏLAK OLDU - FOTO

Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi HƏLAK OLDU - FOTO

"Mançester Siti"dən A seriyası klubuna KEÇDİ

"Mançester Siti"dən A seriyası klubuna KEÇDİ

Tramp Zelenskiyə Moskvanı vurmağı təklif etməsi ilə bağlı Peskovdan AÇIQLAMA – EKSKLÜZİV

Tramp Zelenskiyə Moskvanı vurmağı təklif etməsi ilə bağlı Peskovdan AÇIQLAMA – EKSKLÜZİV

Prezidentin köməkçisi Qiyaslı məscidindən PAYLAŞIM ETDİ - VİDEO

Prezidentin köməkçisi Qiyaslı məscidindən PAYLAŞIM ETDİ - VİDEO

Millimizin üzvünün “Sivasspor”a keçidi RƏSMİLƏŞDİ

Millimizin üzvünün “Sivasspor”a keçidi RƏSMİLƏŞDİ

Kəskin istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Kəskin istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Yolayrıcını keçmə qaydasını pozan "Gelandewagen" qəzaya səbəb oldu - VİDEO

Yolayrıcını keçmə qaydasını pozan "Gelandewagen" qəzaya səbəb oldu - VİDEO

Vəli Qasımov bu klubun idarə heyətinə GƏTİRİLDİ

Vəli Qasımov bu klubun idarə heyətinə GƏTİRİLDİ

Arayikgilin MƏHKƏMƏSİ: Zərər çəkənlər ifadə verdilər - FOTO

Arayikgilin MƏHKƏMƏSİ: Zərər çəkənlər ifadə verdilər - FOTO

Ermənistanda sabiq deputat SAXLANILDI

Ermənistanda sabiq deputat SAXLANILDI

Ali Məhkəmə Meydan TV ilə bağlı QƏRAR VERDİ

Ali Məhkəmə Meydan TV ilə bağlı QƏRAR VERDİ

Bölgə klubları ev oyunlarını bu stadionlarda KEÇİRƏCƏK

Bölgə klubları ev oyunlarını bu stadionlarda KEÇİRƏCƏK

Bakıda quldurluq və oğurluq edən şəxslər SAXLANILDI

Bakıda quldurluq və oğurluq edən şəxslər SAXLANILDI

Bölgə klubu bu legionerlə müqavilə İMZALADI

Bölgə klubu bu legionerlə müqavilə İMZALADI

Ərdoğan Putinlə Ukrayna və Suriya məsələsini MÜZAKİRƏ ETDİ

Ərdoğan Putinlə Ukrayna və Suriya məsələsini MÜZAKİRƏ ETDİ

Paytaxtın bu yollarında TIXAC VAR

Paytaxtın bu yollarında TIXAC VAR

Tramp, Putin və Si Cinpin sentyabrın əvvəlində Çində görüşə bilərlər

Tramp, Putin və Si Cinpin sentyabrın əvvəlində Çində görüşə bilərlər

Masallıda arvadını boşayan şəxs anasını DÖYDÜ

Masallıda arvadını boşayan şəxs anasını DÖYDÜ

Prezident: “Ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun”

Prezident: “Ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun”

Əli Əsədov Ukraynanın yeni Baş nazirini TƏBRİK ETDİ

Əli Əsədov Ukraynanın yeni Baş nazirini TƏBRİK ETDİ

Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət etdi - FOTO

Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət etdi - FOTO

End of content

No more pages to load

RADİO