DTX-nin həbs etdiyi fransız iş adamı Fərhad Əhmədovdan nə qədər rüşvət alıb?

Fransanın milyardlarla dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derraz barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə müəyyən tamamlanmayan anket məlumatları dəqiqləşdirildikdən sonra dövlət ittihamçısı təqsirləndirilənə ittiham aktını elan edib.

İttihamda qeyd olunub ki, Anass Derraz BƏƏ-də şirkət rəhbəri olarkən azərbaycanlı iş adamı Fərhad Əhmədovun Dubayda həbsdə olan "Luna" adlı yaxtasına tətbiq olunan beynəlxalq sanksiyaların 6 milyon ABŞ dolları müqabilində aradan qaldırılması ilə bağlı vasitəçilik edib.
 

Təqsirləndirilən Anass Derraz buna görə Fransa prezidentinin Təhlükəsizlik xidmətinin rəhbəri Aleksandr Benalla ilə sövdələşərək Fərhad Əhmədovdan ayrı-ayrı vaxtlarda aldığı 600 min ABŞ dollarının 400 min dollarını ona verməklə, digər 200 min ABŞ dollarını mənimsəyib.


İstintaq materiallarından bəlli olub ki, tələb olunan 6 milyon ABŞ dolları rüşvətin yerdə qalan hissəsinin isə iş adamının həbsdə olan yaxtasına qoyulan sanksiyaların aradan qaldırılmasından sonra təhvil verilməsi nəzərdə tutulubmuş.

Növbəti proses iyulun 31-nə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvətalma (passiv rüşvətxorluq) - külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dollar dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvətalma və digər cinayət əməllərində ittiham olunurlar.
 

Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, Fransa rəsmiləri Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli "Luna" yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.


Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın "AL HILAL BANK"dakı hesabına və Aleksandr Benallanın "BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR"dakı hesabına köçürüb.

A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İnterpola müraciət olunub.

İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında "Red Notice" ("Qırmızı bülleten") ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib. Qərarın əsası Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub.

İnterpolun Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri A.Benallanı ən ciddi hüquqi əsas olan "Red Notice" ("Qırmızı bülleten") əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. "Qırmızı bülleten" şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi HƏLAK OLDU - FOTO

Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi HƏLAK OLDU - FOTO

"Mançester Siti"dən A seriyası klubuna KEÇDİ

"Mançester Siti"dən A seriyası klubuna KEÇDİ

Tramp Zelenskiyə Moskvanı vurmağı təklif etməsi ilə bağlı Peskovdan AÇIQLAMA – EKSKLÜZİV

Tramp Zelenskiyə Moskvanı vurmağı təklif etməsi ilə bağlı Peskovdan AÇIQLAMA – EKSKLÜZİV

Prezidentin köməkçisi Qiyaslı məscidindən PAYLAŞIM ETDİ - VİDEO

Prezidentin köməkçisi Qiyaslı məscidindən PAYLAŞIM ETDİ - VİDEO

Millimizin üzvünün “Sivasspor”a keçidi RƏSMİLƏŞDİ

Millimizin üzvünün “Sivasspor”a keçidi RƏSMİLƏŞDİ

Kəskin istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Kəskin istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Yolayrıcını keçmə qaydasını pozan "Gelandewagen" qəzaya səbəb oldu - VİDEO

Yolayrıcını keçmə qaydasını pozan "Gelandewagen" qəzaya səbəb oldu - VİDEO

Vəli Qasımov bu klubun idarə heyətinə GƏTİRİLDİ

Vəli Qasımov bu klubun idarə heyətinə GƏTİRİLDİ

Arayikgilin MƏHKƏMƏSİ: Zərər çəkənlər ifadə verdilər - FOTO

Arayikgilin MƏHKƏMƏSİ: Zərər çəkənlər ifadə verdilər - FOTO

Ermənistanda sabiq deputat SAXLANILDI

Ermənistanda sabiq deputat SAXLANILDI

Ali Məhkəmə Meydan TV ilə bağlı QƏRAR VERDİ

Ali Məhkəmə Meydan TV ilə bağlı QƏRAR VERDİ

Bölgə klubları ev oyunlarını bu stadionlarda KEÇİRƏCƏK

Bölgə klubları ev oyunlarını bu stadionlarda KEÇİRƏCƏK

Bakıda quldurluq və oğurluq edən şəxslər SAXLANILDI

Bakıda quldurluq və oğurluq edən şəxslər SAXLANILDI

Bölgə klubu bu legionerlə müqavilə İMZALADI

Bölgə klubu bu legionerlə müqavilə İMZALADI

Ərdoğan Putinlə Ukrayna və Suriya məsələsini MÜZAKİRƏ ETDİ

Ərdoğan Putinlə Ukrayna və Suriya məsələsini MÜZAKİRƏ ETDİ

Paytaxtın bu yollarında TIXAC VAR

Paytaxtın bu yollarında TIXAC VAR

Tramp, Putin və Si Cinpin sentyabrın əvvəlində Çində görüşə bilərlər

Tramp, Putin və Si Cinpin sentyabrın əvvəlində Çində görüşə bilərlər

Masallıda arvadını boşayan şəxs anasını DÖYDÜ

Masallıda arvadını boşayan şəxs anasını DÖYDÜ

Prezident: “Ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun”

Prezident: “Ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun”

Əli Əsədov Ukraynanın yeni Baş nazirini TƏBRİK ETDİ

Əli Əsədov Ukraynanın yeni Baş nazirini TƏBRİK ETDİ

Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət etdi - FOTO

Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət etdi - FOTO

“Neftçi” İngiltərə klubunun qapıçısı ilə MARAQLANIR

“Neftçi” İngiltərə klubunun qapıçısı ilə MARAQLANIR

Oleq Bakinski yenidən HAKİM QARŞISINDA

Oleq Bakinski yenidən HAKİM QARŞISINDA

Gəncədə 48 yaşlı qadını maşın VURDU

Gəncədə 48 yaşlı qadını maşın VURDU

End of content

No more pages to load

RADİO