Ukraynalı uşaqlar Şəkidə - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə sosial-psixoloji reabilitasiya tədbirlərinə cəlb edilən 30 ukraynalı uşaq iyulun 18-də Şəki şəhərinə səfər edib, bu qədim diyarın tarixi məkanları və görməli yerləri ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, ukraynalı uşaqların qədim Şəkinin tarixi məkanları ilə ilk tanışlığı “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisindən başlanıb. XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi - Şəki Xan Sarayı ilə tanışlıq uşaqlarda böyük maraq oyadıb. Onların diqqətinə çatdırılıb ki, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Məlumat verilib ki, saray 1761-1762-ci illərdə tikilib. İnşaat texnologiyasına görə dünyada bənzəri olmayan bu sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.

Ukraynalı uşaqlar sarayın önündə xatirə şəkilləri çəkdiriblər.

Sonra uşaqlar Qoruğun ərazisində yerləşən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, keramika sənəti qədim dövrlərdən başlayaraq Azərbaycanda ən geniş yayılmış sənət sahələrindən biri olub. Sənətkarlar diyarı kimi tanınan qədim Şəkidə sənətkarlığın digər növləri kimi, keramika sənəti də bu günə qədər öz əhəmiyyətini saxlayıb.

Qonaqlar Mərkəzin emalatxanalarını gəzib, sənətkarlarla görüşüb, onların əl işlərinə baxıblar.

Şəkinin tarixi məkanları ilə tanışlıq ukraynalı uşaqların böyük marağına səbəb olub.
 

Şəkiyə səfərləri çərçivəsində ukraynalı uşaqlar bu diyarın məşhur şirniyyatlarından olan Şəki halvasının hazırlandığı sexə və dükanlara da baş çəkiblər.


Qeyd edək ki, Şəki turundan əvvəl ukraynalı uşaqlar Bakı şəhərində İçərişəhər, Qız qalası və digər tarixi məkanlarla tanış olublar. Həmçinin Qəbələdə yerləşən “Yeddi gözəl” şəlaləsinə və Laza kəndinə səfər ediblər.

Onlar psixo-sosial təlimlərə cəlb edilib, həmçinin milli mətbəximizlə tanış olub, ustad dərslərə qatılıblar.

Ongünlük sosial-psixoloji reabilitasiya proqramı ukraynalı uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır.

Ümumiyyətlə, ötən dövrdə, ümumilikdə, 230-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.

 

 

 

 

 

 

 

 

 

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Mançester Siti"dən A seriyası klubuna KEÇDİ

"Mançester Siti"dən A seriyası klubuna KEÇDİ

Tramp Zelenskiyə Moskvanı vurmağı təklif etməsi ilə bağlı Peskovdan AÇIQLAMA – EKSKLÜZİV

Tramp Zelenskiyə Moskvanı vurmağı təklif etməsi ilə bağlı Peskovdan AÇIQLAMA – EKSKLÜZİV

Prezidentin köməkçisi Qiyaslı məscidindən PAYLAŞIM ETDİ - VİDEO

Prezidentin köməkçisi Qiyaslı məscidindən PAYLAŞIM ETDİ - VİDEO

Millimizin üzvünün “Sivasspor”a keçidi RƏSMİLƏŞDİ

Millimizin üzvünün “Sivasspor”a keçidi RƏSMİLƏŞDİ

Kəskin istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Kəskin istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Yolayrıcını keçmə qaydasını pozan "Gelandewagen" qəzaya səbəb oldu - VİDEO

Yolayrıcını keçmə qaydasını pozan "Gelandewagen" qəzaya səbəb oldu - VİDEO

Vəli Qasımov bu klubun idarə heyətinə GƏTİRİLDİ

Vəli Qasımov bu klubun idarə heyətinə GƏTİRİLDİ

Arayikgilin MƏHKƏMƏSİ: Zərər çəkənlər ifadə verdilər - FOTO

Arayikgilin MƏHKƏMƏSİ: Zərər çəkənlər ifadə verdilər - FOTO

Ermənistanda sabiq deputat SAXLANILDI

Ermənistanda sabiq deputat SAXLANILDI

Ali Məhkəmə Meydan TV ilə bağlı QƏRAR VERDİ

Ali Məhkəmə Meydan TV ilə bağlı QƏRAR VERDİ

Bölgə klubları ev oyunlarını bu stadionlarda KEÇİRƏCƏK

Bölgə klubları ev oyunlarını bu stadionlarda KEÇİRƏCƏK

Bakıda quldurluq və oğurluq edən şəxslər SAXLANILDI

Bakıda quldurluq və oğurluq edən şəxslər SAXLANILDI

Bölgə klubu bu legionerlə müqavilə İMZALADI

Bölgə klubu bu legionerlə müqavilə İMZALADI

Ərdoğan Putinlə Ukrayna və Suriya məsələsini MÜZAKİRƏ ETDİ

Ərdoğan Putinlə Ukrayna və Suriya məsələsini MÜZAKİRƏ ETDİ

Paytaxtın bu yollarında TIXAC VAR

Paytaxtın bu yollarında TIXAC VAR

Tramp, Putin və Si Cinpin sentyabrın əvvəlində Çində görüşə bilərlər

Tramp, Putin və Si Cinpin sentyabrın əvvəlində Çində görüşə bilərlər

Masallıda arvadını boşayan şəxs anasını DÖYDÜ

Masallıda arvadını boşayan şəxs anasını DÖYDÜ

Prezident: “Ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun”

Prezident: “Ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun”

Əli Əsədov Ukraynanın yeni Baş nazirini TƏBRİK ETDİ

Əli Əsədov Ukraynanın yeni Baş nazirini TƏBRİK ETDİ

Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət etdi - FOTO

Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət etdi - FOTO

“Neftçi” İngiltərə klubunun qapıçısı ilə MARAQLANIR

“Neftçi” İngiltərə klubunun qapıçısı ilə MARAQLANIR

Oleq Bakinski yenidən HAKİM QARŞISINDA

Oleq Bakinski yenidən HAKİM QARŞISINDA

Gəncədə 48 yaşlı qadını maşın VURDU

Gəncədə 48 yaşlı qadını maşın VURDU

9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri AÇIQLANDI

9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri AÇIQLANDI

End of content

No more pages to load

RADİO