31 il bundan əvvəl doğulduğu kənddən çıxaraq könüllü olaraq Qarabağ cəbhəsinə yollanan Məzahir Kərimovun sümüklərinin qalıqları Xaçmazın Usta Cəllilli kəndinə gətirilib.
Əvvəlcə itkin şəhidin cənazəsi ailəsinin yaşadığı Çarxı kəndinə aparılıb.
Şəhidin bacıları Rəqibə və Qətibə Kərimovalar 31 ildən sonra qardaşının sümüklərinin qalıqlarının tapılmasına görə xidməti olan insanlara razılıqlarını bildiriblər.
Qeyd ediblər ki, valideynləri və qardaşları Məzahir barədə xəbərsiz həyatdan köçüblər. İtkin şəhidin qızı Sevinc Süleymanova da atasını bundan sonra ziyarət edə biləcəklərinə görə rahatlıq tapdıqlarını deyib.
Yaşadığı evdə vida mərasimindən sonra Məzahir Kərimovun nəşi ata yurdu Usta Cəlilli kəndinə gətirilib. Şəhidin ruhuna dualar oxunub. Hərbi arkestr şəhidin xatirəsinə 3 dəfə yaylım atəşi açıb Xaçmaz İh başçısı Elnur Rzayev şəhid Məzahir Kərimovun cənazəsi bükülmüş Azərbaycan bayrağını șəhidin nəvəsi Tunar Gərayevə təqdim edib.
İcra başçısı Elnur Rzayev dövlət səviyyəsində itkin şəhidlərin tapılması istiqamətində görülən işlərdən danışıb. Məzahir Kərimov kimi könüllü olaraq cəbhəyə yollanan igid oğullarımızın adının vətən mücahidləri kimi qəlblərdə yaşayacağını bildirib.
Məzahir Xalıq oğlu Kərimov 1994-cü il yanvar ayının 28-də könüllü olaraq Qarabağa yollanıb və həmin ilin fevral ayında Murovdağda itkin düşüb.
Qeyd edək ki, Məzahir Kərimov ailəli olub, 2 qız övladı ondan yadigar qalıb. Qızları da şəhid atalarını indi öz övladları ilə qarşılayır. Məlumat üçün deyək ki, şəhid Məzahir Kərimovun 2 gün öncə -iyulun 16-da 55 yaşı tamam olub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu