ADNSU ilə Milli Observatoriya arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

İyulun 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bizim.Media xəbər verir ki, universitetdə keçirilən görüşdə tərəflər potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Memorandumu ADNSU-nun rektoru, dosent Rüfət Əzizov və Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli imzalayıblar.

Rektor Rüfət Əzizov qonaqları salamlayaraq universitetin təhsil imkanları, ikili diplom proqramları və beynəlxalq reytinqlərdə əldə olunan nailiyyətləri barədə məlumat verib.
 

Bildirib ki, ADNSU ölkənin qabaqcıl ali təhsil müəssisəsi olaraq əmək bazarının tələblərinə uyğun kadr hazırlığına xüsusi önəm verir. Onun sözlərinə görə, universitet yüzlərlə özəl və dövlət müəssisəsi ilə əməkdaşlıq edir ki, bu da müxtəlif sahələr üzrə mütəxəssis çatışmazlıqlarının və gələcək potensialın müəyyənləşdirilməsinə imkan yaradır.


Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli çıxışında qurumun fəaliyyəti və məqsədləri barədə məlumat verib. O, ali təhsil müəssisələri ilə sıx əməkdaşlığın institusional potensialın gücləndirilməsinə xidmət etdiyini bildirib. Qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində birgə tədqiqatlar aparılır, təcrübə proqramları təşkil olunur və əmək bazarının tələblərinə uyğun təhsil modelləri hazırlanır. Bu yanaşma, eyni zamanda, gənclərin məşğulluq imkanlarının genişlənməsinə şərait yaradır.
 

Memoranduma əsasən, tərəflər mühəndislik, texnologiya və sənaye sahələrində fəaliyyət göstərən şirkətlərlə birgə əməkdaşlıq edəcək, işə qəbul meyarları və əmək bazarının tələblərini təhlil edərək məzunların bacarıqları ilə bu tələblər arasındakı fərqlərin azaldılması üçün təkliflər hazırlayacaqlar.


Yeni əməkdaşlıq çərçivəsində həmçinin sənaye ilə daha sıx inteqrasiya olunmuş elmi-tədqiqatların aparılması, texniki və innovativ təlimlərin təşkili də nəzərdə tutulur.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ermənistanda sabiq deputat SAXLANILDI

Ermənistanda sabiq deputat SAXLANILDI

Ali Məhkəmə Meydan TV ilə bağlı QƏRAR VERDİ

Ali Məhkəmə Meydan TV ilə bağlı QƏRAR VERDİ

Bölgə klubları ev oyunlarını bu stadionlarda KEÇİRƏCƏK

Bölgə klubları ev oyunlarını bu stadionlarda KEÇİRƏCƏK

Bakıda quldurluq və oğurluq edən şəxslər SAXLANILDI

Bakıda quldurluq və oğurluq edən şəxslər SAXLANILDI

Bakıda daha bir hotel SÖKÜLÜR - VİDEO

Bakıda daha bir hotel SÖKÜLÜR - VİDEO

Bölgə klubu bu legionerlə müqavilə İMZALADI

Bölgə klubu bu legionerlə müqavilə İMZALADI

Ərdoğan Putinlə Ukrayna və Suriya məsələsini MÜZAKİRƏ ETDİ

Ərdoğan Putinlə Ukrayna və Suriya məsələsini MÜZAKİRƏ ETDİ

Paytaxtın bu yollarında TIXAC VAR

Paytaxtın bu yollarında TIXAC VAR

Tramp, Putin və Si Cinpin sentyabrın əvvəlində Çində görüşə bilərlər

Tramp, Putin və Si Cinpin sentyabrın əvvəlində Çində görüşə bilərlər

Masallıda arvadını boşayan şəxs anasını DÖYDÜ

Masallıda arvadını boşayan şəxs anasını DÖYDÜ

Prezident: “Ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun”

Prezident: “Ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun”

Əli Əsədov Ukraynanın yeni Baş nazirini TƏBRİK ETDİ

Əli Əsədov Ukraynanın yeni Baş nazirini TƏBRİK ETDİ

Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət etdi - FOTO

Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət etdi - FOTO

“Neftçi” İngiltərə klubunun qapıçısı ilə MARAQLANIR

“Neftçi” İngiltərə klubunun qapıçısı ilə MARAQLANIR

Oleq Bakinski yenidən HAKİM QARŞISINDA

Oleq Bakinski yenidən HAKİM QARŞISINDA

Gəncədə 48 yaşlı qadını maşın VURDU

Gəncədə 48 yaşlı qadını maşın VURDU

9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri AÇIQLANDI

9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri AÇIQLANDI

PashaPay və “ASAN xidmət” media nümayəndələri üçün süni zəka təlimi keçirib - FOTO

PashaPay və “ASAN xidmət” media nümayəndələri üçün süni zəka təlimi keçirib - FOTO

Müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ: Qəbul müsabiqəsi başladı

Müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ: Qəbul müsabiqəsi başladı

Prezident Təzəbinə və Xanyurdu sakinlərinə: "Biz burada əbədi yaşayacağıq"

Prezident Təzəbinə və Xanyurdu sakinlərinə: "Biz burada əbədi yaşayacağıq"

İsti hava nə vaxtadək davam edəcək?

İsti hava nə vaxtadək davam edəcək?

Ərini telefonla öldürən qadın MƏHKƏMƏ QARŞISINDA - FOTO

Ərini telefonla öldürən qadın MƏHKƏMƏ QARŞISINDA - FOTO

Bakıda həyat yoldaşını güllələyən klinika rəhbəri HƏBS EDİLDİ

Bakıda həyat yoldaşını güllələyən klinika rəhbəri HƏBS EDİLDİ

“Qarabağ” Rüstəm Əhmədzadə ilə yollarını ayırdı

“Qarabağ” Rüstəm Əhmədzadə ilə yollarını ayırdı

End of content

No more pages to load

RADİO