Turizmin unudulan ÜNVANI - Turistlər ucqar bölgələrə niyə az səfər edir? - FOTO

Azərbaycanda ucqar rayon və kəndlərdə turizmin vəziyyəti hələ də istənilən səviyyədə deyil. Son illərdə dövlət səviyyəsində müəyyən təşviq və infrastruktur layihələri həyata keçirilsə də, turizmin ölkənin mərkəzi şəhərləri və tanınmış bölgələrindən məsələn, Qəbələ, Şəki, Quba, Lənkəran, Naftalandan kənara çıxaraq ucqar kəndlərdə də inkişaf etməsi üçün hələ kifayət qədər sistemli yanaşma mövcud deyil.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, buna flora və faunası, milli mətbəx və etnomədəni zənginliyi ilə seçilən Zaqatalanı göstərə bilərik.

Ucqarda yerləşən bu bölgəmizə çox az sayda yerli və xarici turistin gəlməsi təəssüfedici məqamlardan biridir.

Böyük Qafqazın cənub yamaclarına sığınan, turizm üçün böyük imkanları olan rayonlarımızdan biri də Zaqataladır. Bu diyarın ətrafı dağlar, meşələrlə əhatələnib, ərazisindən 7 müxtəlif dağ çay axır. Bir sözlə, əsrarəngiz təbiət, göz oxşayan mənzərələr burada insana ruh dincliyi, sakitlik gətirir.
 

MÖVZU İLƏ BAĞLI:

Həm ZİYARƏT, həm MÜALİCƏ – Azərbaycanda tibbi turizm niyə İNKİŞAF etmir?


Təəssüf ki, təbiətin bu əsrarəngiz gözəlliyini yerli və xarici turistlər müşahidə edə, duya bilmir. Məsələn, Tala çayının sağ və sol sahilində. Masex kəndinin dərələrində ölkəmizdə bənzəri olmayan ekoloji cəhətdən təmiz, biomüxtəlif yabanı bitkilərlə dolu məkanlar az deyil. Burada dincələnlər əsasən ölkəmizin müxtəlif bölgələrində yaşayan və ya ata yurdunda dincəlməyə gələn zaqatalalılardır.

Müxtəlif eko layihələri ilə turizmi təşviq edən Tural Qurbanəliyev bildirir ki, rayonda yerli və xarici turistlərin istirahəti üçün hər cür şərait və imkanlar var. Xüsusən dağ və dağətəyi ərazilərdə ekoloji məkanlar yetərincədir. Lakin yolun uzaqlığı və əsasən də infrasturukturun yetərli olmaması turistləri cəlb etmir. 

“Bir dəfə görən, gəzən sonradan dəfələrlə gəlir”-deyən Tural qonaqların daha çox mətbəxlə maraqlandığını diqqətə çatdırır.

Turizm sektorunda əhəmiyyət kəsb edən amillərdən biri də milli mətbəx və onun təqdimatıdır. Əlbəttə ki, Zaqatalaya qonaq gələcəksə, yerli sakinlər mütləqdir ki, onlara milli xörəkdən əvvəl heç bir ödəniş qarşılığı gözləmədən ocaqda bişirilən maxaraya qonaq etsinlər.

İctimai kommunikasiyalar və piar üzrə ekspert İlkin Bağırov ucqarlarda turizm sektorunu dirçətlməyin çətinliklərindən bəhs edir. Xüsusən bu gün dünyada ekoturizmin canlandığı, ən çox təlabat duyulduğu zamanda Zaqatalada bu sektorun inkişafı üçün yetərli baza olmasına baxmayaraq çatışmazlıqlar da az deyil.
 

“ Ucqar rayon və kəndlərdə bu proses zəif gedir və hiss olunur ki, buna sistemli yanaşa bilmirik.Bunun bir neçə səbəbi var, onlardan biri budur ki, ucqar yerlərdə infrasuruktur zəifdir, rayonlararası yollar yaxşı olsa da rayon daxili yollar, su, kanalizasiya, elektrik, internet hələ kifayət qədər yetərli həddə deyil.


Eyni zamanda bu bölgədə yaşayanlarda qonaqlama sistemi yoxdur, hostellər azdır, qonaq evləri günün tələblərinə cavab vermir. Onlar bilməlidir ki, turizm də bir məhsuldur və bunu bazara çıxarda bilərlər. Amma bunun bir səbəbi də budur ki, onlar bu işin təqdimatını bilmirlər” deyə fikirlərini ifadə edir.

İlkin Bağırov ucqarlarda turizm sektorunun canlanması üçün ilk növbədə infrastrukturu, ucqar kəndlərə gedən yolların təmiri və internetlə təminatı, su və kanalizasiya sistemlərinin qurulmasını vacib hesab edir.

Digər tərəfdən İlkin Bağırov kənd turizmini təşviq etmək üçün, subsidiyaların ayrılmasını, yerli əhali üçün mikro-kreditlər və vergi güzəştlərinin tətbiq olunmasını, “Kənd həyatı təcrübəsi” (homestay) formatında turizm modelinin genişləndirilməsini, dövlət-özəl sektor əməkdaşlığının guclənməsinin zəruri hesab edir.

Ekspert ucqar kənd və rayonlarda turizmin inkişafının yalnız turizm sektoru üçün deyil, həm də regionların sosial-iqtisadi dirçəlişi, məşğulluq, kənd təsərrüfatının stimullaşdırılması və daxili miqrasiyanın qarşısının alınması baxımından strateji əhəmiyyət daşıdığını bildirdi.

 

 

 

 

 

 

 

 

 

 


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Zelenskiyə Moskvanı vurmağı təklif etməsi ilə bağlı Peskovdan AÇIQLAMA – EKSKLÜZİV

Tramp Zelenskiyə Moskvanı vurmağı təklif etməsi ilə bağlı Peskovdan AÇIQLAMA – EKSKLÜZİV

Prezidentin köməkçisi Qiyaslı məscidindən PAYLAŞIM ETDİ - VİDEO

Prezidentin köməkçisi Qiyaslı məscidindən PAYLAŞIM ETDİ - VİDEO

Millimizin üzvünün “Sivasspor”a keçidi RƏSMİLƏŞDİ

Millimizin üzvünün “Sivasspor”a keçidi RƏSMİLƏŞDİ

Kəskin istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Kəskin istilərlə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Yolayrıcını keçmə qaydasını pozan "Gelandewagen" qəzaya səbəb oldu - VİDEO

Yolayrıcını keçmə qaydasını pozan "Gelandewagen" qəzaya səbəb oldu - VİDEO

Vəli Qasımov bu klubun idarə heyətinə GƏTİRİLDİ

Vəli Qasımov bu klubun idarə heyətinə GƏTİRİLDİ

Arayikgilin MƏHKƏMƏSİ: Zərər çəkənlər ifadə verdilər - FOTO

Arayikgilin MƏHKƏMƏSİ: Zərər çəkənlər ifadə verdilər - FOTO

Ermənistanda sabiq deputat SAXLANILDI

Ermənistanda sabiq deputat SAXLANILDI

Ali Məhkəmə Meydan TV ilə bağlı QƏRAR VERDİ

Ali Məhkəmə Meydan TV ilə bağlı QƏRAR VERDİ

Bölgə klubları ev oyunlarını bu stadionlarda KEÇİRƏCƏK

Bölgə klubları ev oyunlarını bu stadionlarda KEÇİRƏCƏK

Bakıda quldurluq və oğurluq edən şəxslər SAXLANILDI

Bakıda quldurluq və oğurluq edən şəxslər SAXLANILDI

Bölgə klubu bu legionerlə müqavilə İMZALADI

Bölgə klubu bu legionerlə müqavilə İMZALADI

Ərdoğan Putinlə Ukrayna və Suriya məsələsini MÜZAKİRƏ ETDİ

Ərdoğan Putinlə Ukrayna və Suriya məsələsini MÜZAKİRƏ ETDİ

Paytaxtın bu yollarında TIXAC VAR

Paytaxtın bu yollarında TIXAC VAR

Tramp, Putin və Si Cinpin sentyabrın əvvəlində Çində görüşə bilərlər

Tramp, Putin və Si Cinpin sentyabrın əvvəlində Çində görüşə bilərlər

Masallıda arvadını boşayan şəxs anasını DÖYDÜ

Masallıda arvadını boşayan şəxs anasını DÖYDÜ

Prezident: “Ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun”

Prezident: “Ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun”

Əli Əsədov Ukraynanın yeni Baş nazirini TƏBRİK ETDİ

Əli Əsədov Ukraynanın yeni Baş nazirini TƏBRİK ETDİ

Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət etdi - FOTO

Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət etdi - FOTO

“Neftçi” İngiltərə klubunun qapıçısı ilə MARAQLANIR

“Neftçi” İngiltərə klubunun qapıçısı ilə MARAQLANIR

Oleq Bakinski yenidən HAKİM QARŞISINDA

Oleq Bakinski yenidən HAKİM QARŞISINDA

Gəncədə 48 yaşlı qadını maşın VURDU

Gəncədə 48 yaşlı qadını maşın VURDU

9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri AÇIQLANDI

9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri AÇIQLANDI

PashaPay və “ASAN xidmət” media nümayəndələri üçün süni zəka təlimi keçirib - FOTO

PashaPay və “ASAN xidmət” media nümayəndələri üçün süni zəka təlimi keçirib - FOTO

End of content

No more pages to load

RADİO