DYP-dən nənə və nəvənin öldüyü qəza ilə bağlı AÇIQLAMA

"Müasir avtomobillər uzun inkişaf yolu keçsə də, təhlükəsizlik kəmərləri bu gün də əsas qoruyucu vasitələrdən biri hesab olunur".

Bizim.Media xəbər verir ki, bu barədə Daxil İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb:

"Dəfələrlə isbat olunub ki, təhlükəsizlik kəmərindən istifadə edən sürücü və sərnişinlər qəza hallarında kəmərdən istifadə etməyənlərə nisbətən daha az zərər çəkir.
 

Ötən gün Bakı-Qazax yolunun Goranboydan keçən hissəsində aralarında azyaşlılar olmaqla bir ailədən iki nəfərin həyatını itirməsi, iki nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin ağırlıq dərəcəsinə təsir göstərən amil məhz təhlükəsizlik kəməri oldu.


Belə ki, sözügedən hadisədə sərnişinlərin kəmər bağlamadıqları üçün aşan avtomobildən kənara düşməsi onların həlak olmasının və xəsarət almasının başlıca səbəblərindən biri hesab edilir.

Qanuna əsasən, sürücü hərəkətə başlamazdan əvvəl təhlükəsizlik kəmərini bağlamalı, sərnişinlərin də bu vacib tələbi yerinə yetirmələrini təmin etməlidir. Buna nail olan sürücü qanunun tələbini yerinə yetirir, gələcəkdə üzləşə biləcəyi hüquqi problemlərin qarşısını alır və ən əsası təhlükəsizliyi sığortalamış olur.
 

Dəyərli sürücülər, təhlükəsizlik kəmərləri sizi və həyatlarını sizə etibar edən sərnişinlərinizi həyata bağlayan bağdı. Unutmayın ki, qayda pozuntusu inzibati məsuliyyət, onun fəsadları isə bərpası mümkün olmayan itkilər doğurur".


Qeyd edək ki, qəza nəticəsində avtomobilin sürücüsü 1992-ci il təvəllüdlü Abşeron rayon sakini Ayşən Məmmədli və iki övladı - 2016-cı il təvəllüdlü Əsmər Samir qızı Məmmədli və 2021-ci il təvəllüdlü Alixan Samir oğlu Məmmədli xəsarət alıblar.

Sürücünün digər övladı 2018-ci il təvəllüdlü Firuzə Samir qızı Məmmədli və anası 1958-ci il təvəllüdlü Nəsibə Nağıyeva həlak olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mingəçevirdə ölən fəhlə ilə bağlı icra başçısından AÇIQLAMA

Mingəçevirdə ölən fəhlə ilə bağlı icra başçısından AÇIQLAMA

Lerikdə Büzeyir mağarasına yol çəkilir – FOTO

Lerikdə Büzeyir mağarasına yol çəkilir – FOTO

Batumidə silahlı insident: Türkiyə vətəndaşı qətlə yetirildi

Batumidə silahlı insident: Türkiyə vətəndaşı qətlə yetirildi

Bakıda yolayrıcını düzgün keçməyən iki avtomobil TOQQUŞDU – VİDEO

Bakıda yolayrıcını düzgün keçməyən iki avtomobil TOQQUŞDU – VİDEO

“Sea Breeze” istirahət mərkəzinə avtobus fəaliyyətə BAŞLAYIR

“Sea Breeze” istirahət mərkəzinə avtobus fəaliyyətə BAŞLAYIR

Netanyahunun "şok planı": İran 4 yerə bölünür - İDDİA

Netanyahunun "şok planı": İran 4 yerə bölünür - İDDİA

Polis Maştağada XÜSUSİ ƏMƏLİYYAT keçirdi – Saxlanılan var - VİDEO

Polis Maştağada XÜSUSİ ƏMƏLİYYAT keçirdi – Saxlanılan var - VİDEO

Mübahisə etdiyi şəxsi baltaladı - Qaçanda özünü maşın vurdu

Mübahisə etdiyi şəxsi baltaladı - Qaçanda özünü maşın vurdu

Azərbaycan Premyer Liqasında yeni mövsümün PÜŞKÜ ATILDI

Azərbaycan Premyer Liqasında yeni mövsümün PÜŞKÜ ATILDI

"TikTok"da 181 nəfəri aldadaraq pullarını alan şəxsə HÖKM OXUNDU - FOTO

"TikTok"da 181 nəfəri aldadaraq pullarını alan şəxsə HÖKM OXUNDU - FOTO

ABŞ vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırdı

ABŞ vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırdı

Türkiyə vətəndaşlarına ŞAD XƏBƏR: Şengen vizası sadələşdiriləcək

Türkiyə vətəndaşlarına ŞAD XƏBƏR: Şengen vizası sadələşdiriləcək

Rəsmi Bakıdan Suriyaya – “Ərazi bütövlüyünə dəstəyimizi bəyan edirik”

Rəsmi Bakıdan Suriyaya – “Ərazi bütövlüyünə dəstəyimizi bəyan edirik”

Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətləri 52 faiz azalıb

Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətləri 52 faiz azalıb

İlham Əliyev Xocalının Xanyurdu kəndində sakinlərlə görüşdü - FOTO

İlham Əliyev Xocalının Xanyurdu kəndində sakinlərlə görüşdü - FOTO

DTX-nin həbs etdiyi fransız iş adamı Fərhad Əhmədovdan nə qədər rüşvət alıb?

DTX-nin həbs etdiyi fransız iş adamı Fərhad Əhmədovdan nə qədər rüşvət alıb?

Emin Ağalarov liderlərlə görüntülərini PAYLAŞDI - VİDEO

Emin Ağalarov liderlərlə görüntülərini PAYLAŞDI - VİDEO

Hərbi xidmətdən yayınma cinayətləri azalıb – Bəhruz Əhmədov

Hərbi xidmətdən yayınma cinayətləri azalıb – Bəhruz Əhmədov

Ermənistanda girov saxlanılan şəxs məhkəmədə ifadə verdi

Ermənistanda girov saxlanılan şəxs məhkəmədə ifadə verdi

Ukraynalı uşaqlar Şəkidə - FOTO

Ukraynalı uşaqlar Şəkidə - FOTO

13 yaşlı yeniyetmə Araz çayında boğulub

13 yaşlı yeniyetmə Araz çayında boğulub

Hindistanda ildırım faciəsi - 33 ölü, çox sayda yaralı var

Hindistanda ildırım faciəsi - 33 ölü, çox sayda yaralı var

Turizmin unudulan ÜNVANI - Turistlər ucqar bölgələrə niyə az səfər edir? - FOTO

Turizmin unudulan ÜNVANI - Turistlər ucqar bölgələrə niyə az səfər edir? - FOTO

Azərbaycanda iki yeni milli park YARADILIR

Azərbaycanda iki yeni milli park YARADILIR

End of content

No more pages to load

RADİO