İyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın hadisəsinin ehtiyatsız davranış nəticəsində törədildiyi müəyyən olunub.
Bizim.Media unikal.az-a istinadən xəbər verir ki, belə ki, Laçın rayon Sus kənd sakini olan 3 nəfərin dağlıq ərazinin meşə massivində yandırdıqları ocaq çətin relyefli 14 hektar sahəyə yayılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Laçın rayonu, Sus kənd sakinləri Zahid və Yaşar Həsənov qardaşları saxlanılıblar.
Bizim.Media