Qazaxda bədbəxt hadisə yaşanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində yerləşən göldə baş verib. Rayon sakinləri olan ata və övladı göldə çimən zaman suda batıblar. Bu zaman övladı xilas olunub, atası isə suda boğularaq ölüb.
Onun meyiti axşam sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media