Goranboyda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində "Hyundai" markalı minik maşının sürücüsü idarəetməni itirib və nəticədə maşın aşıb.
Qəza zamanı 2 nəfər ölüb, ağır xəsarət alanlar var.
Hazırda ölənlərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu