Mənzil bazarını “qara qutular” idarə edir - “Ruhlar məhəllə”sinin sahibləri kimlərdir?

“Qara binalar” dedikdə ağla ilk olaraq vahiməli, mistik, təhlükəli məkanlar gələ bilər, amma bu metaforik anlam başqadır. Daşınmaz əmlak bazarında investorların özünəməxsus spekulyasiyasının obrazlı təsviridir. Yəni əlində pulu olanların yatırım üçün çoxsaylı mənzilləri, hətta tamamən binanı satın alıb sonradan baha qiymətə sataraq yüksək gəlir əldə etməsidir. Bu anlayış hüquqi və rəsmi baxımdan mövcud olmasa da, iqtisadi və sosial reallığın metaforik ifadəsidir.
 

Nəticədə Azərbaycanda yeni, çoxmərtəbəli binalar mərkəzdən ucqara qədər hər yerdə yüksəlir. Çünki daşınmaz əmlak bazarı ölkədə ən geniş yayılmış biznes növüdür: tələb-təklif varsa, yüksəlməyə də davam edəcək.  İlk təəssüratda iqtisadi canlanma olaraq görünür, əslində bu mənzərənin arxasındakı görünməz əllər süni manevrlər yaradır.


İqtisadçı ekspert Çingiz Cəbrayılov Bizim Media-ya açıqlamasında deyir ki, ümumiyyətlə Azərbaycanda insanlar “daşa-quma” pul yatırmağı həmişə üstün tutublar: “Əslində qınamaq da olmur, çünki hər dövrdə ən etibarlı və zaman keçdikcə artan yatırım məhz mənzil bazarıdır. Daşınmaz əmlak uzunmüddətli perspektivdə həmişə qiyməti qalxan investisiyadır. Amma baxır hansı səviyyədə... İnvestorların da bir dayanma nöqtəsi olmalıdır. Harda bir tikinti gördü “katlavan”dan ucuz alıb gözləyir, sonra bazarı demək olar ki, o təyin edir”.

Ekspert deyir ki, belə olduqda gerçək alıcılar üçün mənzillər çatışmır, halbuki yüzlərlə mənzil illərlə boş qalır. Aşağı gəlirli ailələr isə mənzil sahibi olma şansını itirir. Çünki onların alıcılıq qabiliyyəti qeyri-real rəqəmləri formalaşdıran və “kölgə”də dayanıb gözləyən belə investorlar tərəfindən boğulur

Ç.Cəbrayılov diqqətə çatdırıb ki, süni şəkildə mənzillərin satış qiymətləri yüksəldikcə, məlum məsələdir ki, kirayə bazarında qiymətlər də “əl yandıracaq”.

Bir problem də var ki, “qara binalar” yalnız iqtisadi deyil, urbanistik problemlərə də yol açır. Boş qalan mənzillərlə dolu binalar hər yerdə var, neçə-neçə ərazi “canlılıq” hissini itirib. Xüsusən də axşamlar bir mənzilin belə işığı yanmır, ona görə də “ruhlar məhəllə”lərinin yaranmasına səbəb olur. İnsan nəfəsi duymayan bu binalar “yetim” kimi bir-birinə qısılıb, nə vaxtsa onlara sahiblənəcək bir ev yiyəsi gözləyirlər.

Məlumat üçün bildirək ki, Avropa ölkələrində bu cür investisiyalarla qarşı ikinci mənzil vergisi, boş mənzillərə cərimələr tətbiq edilir. Azərbaycanda da daşınmaz əmlak bazarına axan vəsaitlərin yoxlanılması və spekulyasiyaya qarşı tədbirlər görülməsə, belə mənzillər əsl sahiblərini tapmadan yalnız sərvət toplayanların “qara qutu”su olacaq.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyəli səfir Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdi - FOTO

Türkiyəli səfir Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdi - FOTO

Dörd bürc iyul və ya avqust aylarında gözlənilməz “BÖYÜK PULLAR” alacaq

Dörd bürc iyul və ya avqust aylarında gözlənilməz “BÖYÜK PULLAR” alacaq

Buzovnada dənizdə batan gənc belə xilas edildi - VİDEO

Buzovnada dənizdə batan gənc belə xilas edildi - VİDEO

İsrail ordusu Qəzzada əməliyyyatları GENİŞLƏNDİRİR

İsrail ordusu Qəzzada əməliyyyatları GENİŞLƏNDİRİR

Gədəbəydə yeniyetməni maşın VURDU

Gədəbəydə yeniyetməni maşın VURDU

“Turan Tovuz” Türkiyə klubu ilə QARŞILAŞACAQ

“Turan Tovuz” Türkiyə klubu ilə QARŞILAŞACAQ

Bu gün III Şuşa Qlobal Media Forumu işə başlayır - VİDEO

Bu gün III Şuşa Qlobal Media Forumu işə başlayır - VİDEO

Gəncədə ata 22 yaşlı qızını döyüb öldürdü

Gəncədə ata 22 yaşlı qızını döyüb öldürdü

Kartdan karta köçürmə zamanı komissiya TUTULACAQ

Kartdan karta köçürmə zamanı komissiya TUTULACAQ

Bu şəhərdən Kəlbəcər və Ağdərəyə avtobus reysləri açılır

Bu şəhərdən Kəlbəcər və Ağdərəyə avtobus reysləri açılır

Göyçayda 23 yaşlı qadın itkin düşüb

Göyçayda 23 yaşlı qadın itkin düşüb

Müğənni Kərim prokurorluğa müraciət etdi - VİDEO

Müğənni Kərim prokurorluğa müraciət etdi - VİDEO

Barəsində aliment qərarı çıxarılanların sayı azalıb – STATİSTİKA

Barəsində aliment qərarı çıxarılanların sayı azalıb – STATİSTİKA

ZƏNGƏZUR DƏHLİZİ – İDEYADAN GERÇƏKLİYƏ...

ZƏNGƏZUR DƏHLİZİ – İDEYADAN GERÇƏKLİYƏ...

“Simpsonlar”dan qorxulu proqnoz - Ekoloji fəlakət olacaq?

“Simpsonlar”dan qorxulu proqnoz - Ekoloji fəlakət olacaq?

Alimentlə birgə ödənilən borc - Boşananlara PİS XƏBƏR

Alimentlə birgə ödənilən borc - Boşananlara PİS XƏBƏR

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

İranda ağır yol qəzası: 15 nəfər ölüb - VİDEO

İranda ağır yol qəzası: 15 nəfər ölüb - VİDEO

Yayda “işıqpulu” çox yazır? - Bunları edin

Yayda “işıqpulu” çox yazır? - Bunları edin

Ekstrasensdən Zelenski ilə bağlı sensasion AÇIQLAMA – ölkədən qaçacaq

Ekstrasensdən Zelenski ilə bağlı sensasion AÇIQLAMA – ölkədən qaçacaq

Çimərliklərdə hava necədir?

Çimərliklərdə hava necədir?

Markov: Digər liderlər Azərbaycan Prezidentindən öyrənməyə çalışırlar

Markov: Digər liderlər Azərbaycan Prezidentindən öyrənməyə çalışırlar

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

End of content

No more pages to load

RADİO