Gəncədə bədbəxt hadisə baş verib, nəticədə yeddi yaşlı uşaq xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Bayraq Meydanı adlanan istirahət parkında 2018-ci il təvəllüdlü A.Əliyeva yellənçəkdən yıxılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan uşaq Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Azyaşlıya lazımı tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu