Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
***21:54
İşğaldan azad edilən Laçın rayonu ərazisində yanğın başlayıb.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, yanğın rayonun Bəylik kəndi istiqamətində qeydə alınıb.
Qeyd olunur ki, yanğın meşə sahəsinə keçib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb ediliblər.
Bizim.Media