Berdiməhəmmədovun qızı Leyla Əliyeva ilə Milli Xalça Muzeyində - FOTO

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-da Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, muzeyin direktoru Əminə Məlikova qonağa xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verib.

Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası istifadə olunan materialların, toxuma texnikalarının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.
 

Diqqətə çatdırılıb ki, muzeyin kolleksiyasının “qızıl fondu”nu Azərbaycanın 7 regionunun – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbrizin xovlu və xovsuz xalça nümunələri təşkil edir. Bununla yanaşı, ekspozisiyada digər dekorativ-tətbiqi sənət nümunələri də nümayiş olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.


Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük səyləri sayəsində milli xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Qonaq, həmçinin muzeydə xalçatoxuma prosesini izləyib.

Sonra Oquldjaxan Atabayevaya Azərbaycanın qədim kəlağayı sənəti haqqında məlumat verilib.

Qonaq kəlağayının hazırlanma üsulu, onun üzərindəki ənənəvi naxışların daşıdığı mənalar barədə ətraflı məlumatlandırılıb.

Sonda qonağa Azərbaycan Milli Xalça Muzeyinin 55 illiyinə həsr olunmuş kitab hədiyyə olunub.

Oquldjaxan Atabayevaya öz növbəsində Milli Xalça Muzeyinə xalça hədiyyə edib.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu Oquldjaxan Atabayevada xoş təəssürat yaradıb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Məni bu dünyadan yazılan rəylər köçürəcək"

"Məni bu dünyadan yazılan rəylər köçürəcək"

Üç faydalı qazıntı yatağı hərraca ÇIXARILIR

Üç faydalı qazıntı yatağı hərraca ÇIXARILIR

"Mingəçevir" yeni transferini AÇIQLADI

"Mingəçevir" yeni transferini AÇIQLADI

Qəhvə qadınların sağlam yaşlanmasına KÖMƏK EDİR

Qəhvə qadınların sağlam yaşlanmasına KÖMƏK EDİR

Rəqsanədən ETİRAF: “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı” - VİDEO

Rəqsanədən ETİRAF: “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı” - VİDEO

Alyaska sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu - 7, 2 bal

Alyaska sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu - 7, 2 bal

“Atletiko” amerikalı futbolçu TRANSFER ETDİ

“Atletiko” amerikalı futbolçu TRANSFER ETDİ

Culfa Regional Tibb Mərkəzinə direktor təyin edilib - FOTO

Culfa Regional Tibb Mərkəzinə direktor təyin edilib - FOTO

“Bəhreyn Ukraynaya “Patriot” sistemlərini verməyəcək”

“Bəhreyn Ukraynaya “Patriot” sistemlərini verməyəcək”

Lamin Yamal “Barselona”nın yeni 10 nömrəsi oldu

Lamin Yamal “Barselona”nın yeni 10 nömrəsi oldu

Bu bürcləri möcüzəli dəyişiklik dalğası GÖZLƏYİR: Şans tezliklə gələcək

Bu bürcləri möcüzəli dəyişiklik dalğası GÖZLƏYİR: Şans tezliklə gələcək

Laçındakı yanğın yerində PARTLAYIŞ oldu - VİDEO

Laçındakı yanğın yerində PARTLAYIŞ oldu - VİDEO

TBMM-dən İsrailin hücumlarına REAKSİYA: “Suriya xalqının yanındayıq”

TBMM-dən İsrailin hücumlarına REAKSİYA: “Suriya xalqının yanındayıq”

“Sabah”ın baş məşqçisi: “Oyunu mütləq qazanmalıyıq”

“Sabah”ın baş məşqçisi: “Oyunu mütləq qazanmalıyıq”

Leyla Əliyeva təbiətin mühafizəsinin 100 illiyinə həsr olunmuş fotosərginin AÇILIŞINDA - FOTO

Leyla Əliyeva təbiətin mühafizəsinin 100 illiyinə həsr olunmuş fotosərginin AÇILIŞINDA - FOTO

Laçın meşəsində yanğının miqyası GENİŞLƏNİB - FOTO

Laçın meşəsində yanğının miqyası GENİŞLƏNİB - FOTO

Klinika direktoru arvadını buna görə güllələyib - TƏFƏRRÜAT

Klinika direktoru arvadını buna görə güllələyib - TƏFƏRRÜAT

Nigarın çimərlik geyimində görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO

Nigarın çimərlik geyimində görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO

Paşinyan Əliyevlə ikitərəfli görüşlərə davam etmək İSTƏYİR

Paşinyan Əliyevlə ikitərəfli görüşlərə davam etmək İSTƏYİR

Adnan Oktarın həbsxanadan çəkilmiş şəkli maraq doğurdu - FOTO

Adnan Oktarın həbsxanadan çəkilmiş şəkli maraq doğurdu - FOTO

İsrailli nazir: “Bir dəfə cihadçı olan, həmişə cihadçı qalır”

İsrailli nazir: “Bir dəfə cihadçı olan, həmişə cihadçı qalır”

Qazaxın bir neçə kəndində QAZ OLMAYACAQ

Qazaxın bir neçə kəndində QAZ OLMAYACAQ

“Zirə” Türkiyə klubunu DARMADAĞIN ETDİ

“Zirə” Türkiyə klubunu DARMADAĞIN ETDİ

İlqar İsmayılov azadlığa buraxıldı

İlqar İsmayılov azadlığa buraxıldı

End of content

No more pages to load

RADİO