Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada, 1986-cı il təvəllüdlü Gülçin Niftalıyevanı vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 39 yaşlı qadın xastəxanaya yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu