SSRİ dövründə Azərbaycanda tikilən evlər yeni qaydada sənədləşdiriləcək

Daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün tələb olunan sənədlərin əhatə dairəsi genişləndirilir.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti kirayə müqavilələri, mənzilin verilməsinə dair sərəncamda və dövlət və ya ictimai mənzil fonduna daxil olan mənzilin xüsusi mülkiyyətə verilməsi barədə yerli dövlət hakimiyyəti orqanları, nazirliklər, dövlət komitələri, baş idarələr, müəssisələr, idarələr, təşkilatlar və ya müvafiq kooperativ təşkilatları, həmkarlar ittifaqı təşkilatları, başqa ictimai təşkilatlar ilə hüquq əldə edən arasında notariat qaydasında təsdiq edilmiş müqavilələrdək göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin edəcək.
 

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçiriləcək.


Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlərin tərkibi də dəyişir.

Aşağıdakı sənədlər də tələb olunacaq:

- yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları (həmin qərarlarda torpaq sahəsinin ölçüsü göstərilmədiyi halda, yaşayış evinin (mənzilin) altında olan torpaq sahəsi nəzərə alınmaqla);”;

- Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər:

- şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr;”;

- 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar;

- yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda);

- yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış;”;

- sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış;

- yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar;

- yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarlar və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi (layihədə torpaq sahəsinin ölçüsü göstərildikdə. Layihə olmadığı və ya həmin layihədə torpağın ölçüsü göstərilmədiyi hallarda yaşayış evi və onun altında olan torpaq sahəsi əsas götürülməklə).”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Mingəçevir" yeni transferini AÇIQLADI

"Mingəçevir" yeni transferini AÇIQLADI

Qəhvə qadınların sağlam yaşlanmasına KÖMƏK EDİR

Qəhvə qadınların sağlam yaşlanmasına KÖMƏK EDİR

Rəqsanədən ETİRAF: “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı” - VİDEO

Rəqsanədən ETİRAF: “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı” - VİDEO

Alyaska sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu - 7, 2 bal

Alyaska sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu - 7, 2 bal

“Atletiko” amerikalı futbolçu TRANSFER ETDİ

“Atletiko” amerikalı futbolçu TRANSFER ETDİ

Culfa Regional Tibb Mərkəzinə direktor təyin edilib - FOTO

Culfa Regional Tibb Mərkəzinə direktor təyin edilib - FOTO

“Bəhreyn Ukraynaya “Patriot” sistemlərini verməyəcək”

“Bəhreyn Ukraynaya “Patriot” sistemlərini verməyəcək”

Lamin Yamal “Barselona”nın yeni 10 nömrəsi oldu

Lamin Yamal “Barselona”nın yeni 10 nömrəsi oldu

Bu bürcləri möcüzəli dəyişiklik dalğası GÖZLƏYİR: Şans tezliklə gələcək

Bu bürcləri möcüzəli dəyişiklik dalğası GÖZLƏYİR: Şans tezliklə gələcək

Laçındakı yanğın yerində PARTLAYIŞ oldu - VİDEO

Laçındakı yanğın yerində PARTLAYIŞ oldu - VİDEO

TBMM-dən İsrailin hücumlarına REAKSİYA: “Suriya xalqının yanındayıq”

TBMM-dən İsrailin hücumlarına REAKSİYA: “Suriya xalqının yanındayıq”

“Sabah”ın baş məşqçisi: “Oyunu mütləq qazanmalıyıq”

“Sabah”ın baş məşqçisi: “Oyunu mütləq qazanmalıyıq”

Leyla Əliyeva təbiətin mühafizəsinin 100 illiyinə həsr olunmuş fotosərginin AÇILIŞINDA - FOTO

Leyla Əliyeva təbiətin mühafizəsinin 100 illiyinə həsr olunmuş fotosərginin AÇILIŞINDA - FOTO

Laçın meşəsində yanğının miqyası GENİŞLƏNİB - FOTO

Laçın meşəsində yanğının miqyası GENİŞLƏNİB - FOTO

Klinika direktoru arvadını buna görə güllələyib - TƏFƏRRÜAT

Klinika direktoru arvadını buna görə güllələyib - TƏFƏRRÜAT

Nigarın çimərlik geyimində görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO

Nigarın çimərlik geyimində görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO

Paşinyan Əliyevlə ikitərəfli görüşlərə davam etmək İSTƏYİR

Paşinyan Əliyevlə ikitərəfli görüşlərə davam etmək İSTƏYİR

Adnan Oktarın həbsxanadan çəkilmiş şəkli maraq doğurdu - FOTO

Adnan Oktarın həbsxanadan çəkilmiş şəkli maraq doğurdu - FOTO

İsrailli nazir: “Bir dəfə cihadçı olan, həmişə cihadçı qalır”

İsrailli nazir: “Bir dəfə cihadçı olan, həmişə cihadçı qalır”

Qazaxın bir neçə kəndində QAZ OLMAYACAQ

Qazaxın bir neçə kəndində QAZ OLMAYACAQ

“Zirə” Türkiyə klubunu DARMADAĞIN ETDİ

“Zirə” Türkiyə klubunu DARMADAĞIN ETDİ

İlqar İsmayılov azadlığa buraxıldı

İlqar İsmayılov azadlığa buraxıldı

Liderlər nahar süfrəsində...

Liderlər nahar süfrəsində...

Laçında dağlıq ərazidə yanğın başlayıb - YENİLƏNİB

Laçında dağlıq ərazidə yanğın başlayıb - YENİLƏNİB

End of content

No more pages to load

RADİO