Beyləqanda qətl hadisəsi baş verib. Hadisə rayonun Bolsulu kəndində qeydə alınıb.
Bizim.Media xəbər verir ki, belə ki, 1967-ci il təvəllüdlü Bəsti Həsənovaya yaşadığı evdə xəsarətlər iyulun 15-də gecə yetirilib.
Qadın xəstəxanaya çatdırılıb və iyulun 16-da orada ölüb.
Hadisəni törətməkd şübhəli bilinən kənd sakini, 2002-ci il təvəllüdlü Amil Ağayev saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır. (Apa.az)
Bizim.Media