“Azərbaycanla Ermənistan arasında müharibə yox, sülh olacaq. Əslində, biz bu məsələnin uzunmüddətli həlli üzərində işləyirik və işləməyə davam etməliyik. Hesab edirəm ki, erməni xalqı da bu istiqamətdə bizə dəstək verəcək”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Məlum səbəblərdən “dəhliz” termini Ermənistanda müəyyən allergiya doğurur.
Halbuki, bizdə rəsmi şəkildə “Şimal–Cənub nəqliyyat dəhlizi” anlayışı mövcuddur və bu, normal qarşılanır. Amma tərəfdaşlarımız “dəhliz” ifadəsini işlətdikdə, biz dərhal təşvişə düşürük. Söhbət isə sadəcə olaraq beynəlxalq dövriyyədə olan texniki bir termindən gedir”, deyə o, əlavə edib.
Paşinyan bu açıqlamaları ilə cəmiyyətdə Zəngəzur dəhlizi məsələsinə qarşı olan emosional reaksiya ilə diplomatik reallıqlar arasında balans qurmağa çalışdığını göstərir. O, həm də qeyd edir ki, Ermənistan sülh prosesinə sadiq qalacaq və bu
Bizim.Media