Bakıda daha bir avtomobil hərəkətdə olarkən alışaraq yanıb.
Bizim.Media xəbər verir ki, hadisə Hüseyn Cavid prospektində baş verib.
BMW markalı avtomobil hərəkətdə olarkən anidən alovlanıb. Yanğının maşında yaranmış texniki problemdən qaynaqlandığı bildirilir.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Lakin avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, son günlər Azərbaycanda xeyli sayda avtomobil hərəkətdə olarkən alışaraq yanıb. Bunun əsas səbəblərindən biri kimi havaların isti keçməsi də göstərilir. (Musavat.com)
Bizim.Media