Cəlilabadda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Cəngan kənd yolu istiqamətində qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilkin məlumata görə, toqquşma nəticəsində avtomobillərə ciddi texniki ziyan dəyib.
Xoşbəxtlikdən, qəza zamanı avtomobillərdə olan sərnişinlər xəsarət almayıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu