Lənkəran Ağır Cinayətlər Məhkəməsində üç nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasında təqsirləndirilən Vilayət Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Qəhrəmanlı 5 il azadlıqdan məhrum edilib. Məhkəmə V.Qəhrəmanlının cəzasını şərti hesab edib.
Xatırladaq ki, hadisə bu il yanvarın 3-də Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
VAZ-2107 markalı avtomobil dönmə əməliyyatı zamanı sürətlə hərəkətdə olan "Mercedes-Benz" markalı avtomobilin qarşısına çıxıb. Nəticədə VAZ-2107 markalı avtomobil yoldan çıxaraq restoranın qarşısında dayanan digər avtomobillərə çırpılıb.
Qəza zamanı bir ailənin 3 üzvü -Sabirabad sakinləri, 2016-cı il təvəllüdlü Yusif Zamin oğlu Qəhəmanov, 2018-ci il təvəllüdlü Günel Vilayət qızı Qəhrəmanova, 1996-cı il təvəllüdlü Aminə Fikrət qızı Qəhrəmanova həyatını itirib, 1990-cı il təvəllüdlü sürücü Vilayət Rzaxan oğlu Qəhrəmanlı və Bakı sakini, 2016-cı il təvəllüdlü Elvin Elşən oğlu Sarıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. (Oxu.az)
Bizim.Media