Bu il, 15 iyul da daxil olmaqla 240 nəqliyyat vasitəsində yanğın olub. Ötən il isə 247 yanğın hadisəsi qeydə alınıb. Ötən illə müqayisədə 7 azalma baş verib.
Bizim.Media xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə İctimaiyyətlə əlaqələr sektorunun rəisi, Əlibala Əlizadə "Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində keçirilən ictimai müzakirədə deyib.
O, bildirib ki, ümumilikdə yanğın hadisələri sırasında avtomobillərdə baş verən yanğınlar ikinci yerdədir:
"2023-cü ildə 400, 2024-cü ildə isə 339 nəqliyyat yanğın hadisəsi baş verib. Bu hadisələr zamanı 2023-ci ildə 10 ölüm, 2024-də bir ölüm hadisəsi qeydə alınıb".
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media