Bu il də abituriyentlərin marağı ənənəvi olaraq daha çox I və III qrupadır.
Bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün tələbə qəbulu ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhliliylə bağlı keçirilən tədbirdə jurnalistlərə açıqlaması zamanı deyib.
"IV qrupda bu kütləvilik yoxdur. Ancaq oraya 5000-ə qədər ərizə müraciəti olubsa, onlar ən hazırlıqlı, bilikli uşaqlardır. Onlar öz biliklərinə güvənib tibb ixtisaslarını seçirlər. Digər qruplarda isə ixtisasa görə yox, sadəcə ali məktəbə qəbul olmaq üçün sənəd verənlər çoxdur".
Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media