Piyada keçidlərinin işıqlandırılması problemi qalmaqdadır. Müşfiqabad qəsəbəsində stasionar posta çatmamış yerüstü piyada keçidi var. O keçidin içi qaranlıq və çirkli olur, ən pis kənd ayaqyolundan da betərdir. Təmizlənsə də yenə də ora narkomanların yuvasına çevrilir.
Bizim.Media xəbər verir ki, bunu "Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradlı Birliyin təşkilatçılığı ilə "Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili" layihəsi üzrə keçirilən ictimai dinləmədə deyib.
O, baş verən avtoqəzaların əsasən piyada keçidlərinin ətrafında baş verdiyini bildirib:
"Piyadaların keçidlərdən düzgün istifadə etməsi üçün çəpərlənmə işlərinə ehtiyac var. Bu problemlərin qarşısını almaq üçün nəqliyyat hadisələrinin düzgün təsnifatı aparılmalıdır. Bu vaxta qədər bu aparılmayıb".
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media