Ürəksızladan uşaq ÖLÜMLƏRİ - Vaxtsız əcəl, yoxsa valideyn səhlənkarlığı – KİMDİR GÜNAHKAR?

Son vaxtlar azyaşlı uşaqların ölümü ilə bağlı ürəksızladan bədbəxt hadisələr tez-tez yaşanır. Bu il ərzində bir-birinin ardınca baş vermiş bədbəxt hadisələr istər-istəməz düşündürür: bu faciələr hansı qaranlıq səbəblərin nəticəsidir? Səbəblər  çoxşaxəli olduğundan, məsuliyyətin tək bir tərəfə yönləndirilməsi ədalətli olmaz. Amma oxun hədəfini hansı tərəfə çəksən yenə valideynləri göstərir.

Əgər belədirsə, valideyn diqqətsizliyi niyə artıb?  

Cəmiyyət yenə də qadınları – anaları günahlandırır. Sosial şəbəkələrdə bu hadisələri şərh edib anaları qınayanlar ailə başçısı olaraq kişilərin günün çox hissəsini işdə olduğunu, uşaqlara birbaşa nəzarət edə bilmədiyini deyirlər. Ananın evdə olduğu halda hovuzun, pəncərənin kənarında uşaq neyləyir? Həmin vaxt ana harada olub, başı nəyə qarışıb? Hətta qəzəbli təbəqə tələb edir ki, məsuliyyətsiz, laqeyd analar cinayət məsuliyyətinə cəlb olunmalıdır ki, başqalarına dərs olsun.

Bəs sosioloqlar nə deyir?

Sosioloqlar bu tip hadisələri təkcə “ana səhlənkarlığı” kimi deyil, daha geniş sosial məsuliyyət kontekstində dəyərləndirirlər.

Sosioloq İradə Həsənli mövzuyla bağlı Bizim Media-ya bildirib ki, bu hallar həm də məlumatlandırmanın, nəzarət mexanizminin yetərsizliyi ilə bağlıdır.

“Ailə tək günahkar deyil. Əlbəttə, valideyn səhlənkarlığı da var: əgər körpə uşaq boğulursa, ya yüksək mərtəbədən yıxılırsa, bu birbaşa valideyn nəzarətsizliyindəndir. Evində hiperaktiv uşağı olduğu halda ehtiyatlı valideynin yuxarı mərtəbədə nə işi var? Şəhərin mənzərəsini seyr etmək istəyirsə, o zaman zəhmət çəkib pəncərəyə barmaqlıq qoysun. Lakin problem təkcə ailədə deyil, onun sosial mühitində də gizlidir. Profilaktik tədbirlər hadisədən sonra deyil, hadisədən əvvəl olmalıdır. Amma bizdə hadisə baş verir, sonra ağıllarına gəlir ki, binaların balkonu daha hündür məhəccərli olmalıdır, ya hovuzun kənarı hasarlanmalıdır”.  

Sosiloq deyir ki, uşaq müəssisələri, eləcə də bələdiyyə qurumları profilaktik tədbirləri və maarifləndirməni sistematik aparmalıdırlar. Yerli icra hakimiyyətləri də tikintilərə vaxtında nəzarət etməlidirlər. Uşaqlar üçün təhlükəsiz yaşayış və istirahət məkanları yaradılmalıdır.

Xatırladaq ki, bu il aprelin 29-da Şəmkirin Mahmudlu kəndində 2023-cü il təvəllüdlü Turqut Tapdıqov nəzarətiz qalan zaman dərman içib. Tibbi yardımlara baxmayaraq, azyaşlı xəstəxanada ölüb.

Bundan başqa 14 iyunda 2021-ci il təvəllüdlü Ayşə Süleymanova Bakının Nərimanov rayonunda yerləşən binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb.

İyulun 4-də Şəmkirin Qədimqala kənd sakinləri – 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu, 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, və 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlu çayda batıb. Ölənlərdən ikisi qardaşdır.

İyulun 10-da Qəbələnin Vəndam kəndində 4 yaşlı Aytac İsmayılova hovuzda boğulub. 2 gün sonra isə Zaqatalanın Meşleş kəndinə yaxın ərazidə Yuxarı Tala kənd sakini 2 yaşlı Səfiyyə İsmayılova valideynlərinin diqqətindən yayınaraq suda boğulub.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Mingəçevir" yeni transferini AÇIQLADI

"Mingəçevir" yeni transferini AÇIQLADI

Qəhvə qadınların sağlam yaşlanmasına KÖMƏK EDİR

Qəhvə qadınların sağlam yaşlanmasına KÖMƏK EDİR

Rəqsanədən ETİRAF: “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı” - VİDEO

Rəqsanədən ETİRAF: “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı” - VİDEO

Alyaska sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu - 7, 2 bal

Alyaska sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu - 7, 2 bal

“Atletiko” amerikalı futbolçu TRANSFER ETDİ

“Atletiko” amerikalı futbolçu TRANSFER ETDİ

Culfa Regional Tibb Mərkəzinə direktor təyin edilib - FOTO

Culfa Regional Tibb Mərkəzinə direktor təyin edilib - FOTO

“Bəhreyn Ukraynaya “Patriot” sistemlərini verməyəcək”

“Bəhreyn Ukraynaya “Patriot” sistemlərini verməyəcək”

Lamin Yamal “Barselona”nın yeni 10 nömrəsi oldu

Lamin Yamal “Barselona”nın yeni 10 nömrəsi oldu

Bu bürcləri möcüzəli dəyişiklik dalğası GÖZLƏYİR: Şans tezliklə gələcək

Bu bürcləri möcüzəli dəyişiklik dalğası GÖZLƏYİR: Şans tezliklə gələcək

Laçındakı yanğın yerində PARTLAYIŞ oldu - VİDEO

Laçındakı yanğın yerində PARTLAYIŞ oldu - VİDEO

TBMM-dən İsrailin hücumlarına REAKSİYA: “Suriya xalqının yanındayıq”

TBMM-dən İsrailin hücumlarına REAKSİYA: “Suriya xalqının yanındayıq”

“Sabah”ın baş məşqçisi: “Oyunu mütləq qazanmalıyıq”

“Sabah”ın baş məşqçisi: “Oyunu mütləq qazanmalıyıq”

Leyla Əliyeva təbiətin mühafizəsinin 100 illiyinə həsr olunmuş fotosərginin AÇILIŞINDA - FOTO

Leyla Əliyeva təbiətin mühafizəsinin 100 illiyinə həsr olunmuş fotosərginin AÇILIŞINDA - FOTO

Laçın meşəsində yanğının miqyası GENİŞLƏNİB - FOTO

Laçın meşəsində yanğının miqyası GENİŞLƏNİB - FOTO

Klinika direktoru arvadını buna görə güllələyib - TƏFƏRRÜAT

Klinika direktoru arvadını buna görə güllələyib - TƏFƏRRÜAT

Nigarın çimərlik geyimində görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO

Nigarın çimərlik geyimində görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO

Paşinyan Əliyevlə ikitərəfli görüşlərə davam etmək İSTƏYİR

Paşinyan Əliyevlə ikitərəfli görüşlərə davam etmək İSTƏYİR

Adnan Oktarın həbsxanadan çəkilmiş şəkli maraq doğurdu - FOTO

Adnan Oktarın həbsxanadan çəkilmiş şəkli maraq doğurdu - FOTO

İsrailli nazir: “Bir dəfə cihadçı olan, həmişə cihadçı qalır”

İsrailli nazir: “Bir dəfə cihadçı olan, həmişə cihadçı qalır”

Qazaxın bir neçə kəndində QAZ OLMAYACAQ

Qazaxın bir neçə kəndində QAZ OLMAYACAQ

“Zirə” Türkiyə klubunu DARMADAĞIN ETDİ

“Zirə” Türkiyə klubunu DARMADAĞIN ETDİ

İlqar İsmayılov azadlığa buraxıldı

İlqar İsmayılov azadlığa buraxıldı

Liderlər nahar süfrəsində...

Liderlər nahar süfrəsində...

Laçında dağlıq ərazidə yanğın başlayıb - YENİLƏNİB

Laçında dağlıq ərazidə yanğın başlayıb - YENİLƏNİB

End of content

No more pages to load

RADİO