Goranboyda kənd sakinləri arasında dava xəsarətlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, kütləvi dava rayonun Veyisli kəndində baş verib.
İlkin məlumata görə, kənd sakinləri Elşad Abuzərov, Turac Zeynalov və Elbəyi Mustafayev bir-birlərinə müxtəlif alətlərlə xəsarətlər yetiriblər.
Həmin şəxslər xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib. Faktla bağlı Goranboy rayon polis şöbəsində araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu