Bakının Yasamal rayonu ərazisində, Xocahəsən gölü yaxınlığında baş verən yanğın söndürülüb.
Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.
***
03:34
Bakının Yasamal rayonu ərazisində, Xocahəsən gölü yaxınlığında yanğın baş verib.
Bizim.Media xəbər verir ki, hadisə yerinə çoxsaylı Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğının miqyası və səbəbi barədə hələlik rəsmi məlumat verilməyib. Hazırda yanğının söndürülməsi və ətraf ərazilərə yayılmasının qarşısının alınması istiqamətində işlər davam etdirilir. (Apa.az)
Bizim.Media